Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya informasiya texnologiyaları bazarında artım bərpa ediləcək

Birləşmiş Ştatların “Gartner” analitik şirkəti dünya informasiya texnologiyaları (İT) bazarı üzrə yeni proqnoz dərc edib. Proqnoza görə, hazırda pandemiya ilə əlaqədar xərclərin azalması müşahidə edilsə də, gələcəkdə bu sahədə artım bərpa ediləcək.

Mütəxəssislərin qiymətləndirməsinə görə, ötən il dünya İT bazarının kapital həcmi 3,82 trilyon dollar təşkil edərək 2018-ci illə müqayisədə 2,4 faiz artıb. Bu rəqəmlərə bütün elektron qurğular, data mərkəzləri üçün sistemlər, korporativ sinifli proqram təminatı, İT servisləri və kommunikasiya servisləri sahəsində xərclər daxildir.

Analitiklərin fikrincə, bu il xərclər azalaraq təxminən 3,61 trilyon dollar olacaq. Ən çox azalma elektron qurğular seqmentində proqnozlaşdırılır.

Qeyd edilir ki, gələn il dünya İT bazarında xərclər 3,75 trilyon dollaradək artacaq ki, bu da cari illə müqayisədə 4 faizlik artıma bərabər olacaq. Həmçinin “Gartner” analitikləri hesab edir ki, xərclərdə artım bütün informasiya texnologiyaları seqmentlərində müşahidə ediləcək.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

25 Oktyabr 2020 00:39 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:16
Rusiyada maksimal yoluxma
27 Noyabr 2020 | 01:11
100 milyon avro yardım
27 Noyabr 2020 | 01:11
İşsizlik artıb
27 Noyabr 2020 | 01:10
Ən etibarlı avtomobil

Köhnə versiyamızdan xəbərləri izlə