Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Necəsən, əsgər anası?

Qazaxda icra hakimiyyətinin başçısı cəbhədə olan gizirin ailəsinə baş çəkdi

“Görəsən oğlum necədir, indi hardadır, nə yeyir, nə içir, soyuq deyil ki...” Övladı cəbhədə olan hər bir ananın bəzən gecələr sübhədək yatmayıb beynindən, qəlbindən keçən fikirlərdir bu. Təbii hisslərdir, doğma narahatlıqdır. Oğlu ilə nəfəs alan hər bir Azərbaycanlı anasının özü arxa cəbhədə keşik çəkən bir əsgərdir...

Rayonun Yuxarı Salah­lı kəndinin sakini Nəsibə Cəfərova da minlərlə belə analardan biridir. Oğlu, gizir Xəyyam Cəfərov neçə vaxtdır cəbhədədir. Ali Baş Komandanın hər müjdəsini böyük sevinclə, iftixar hissi il dinləsə də yenə nara­hatdır. Axı oğlu mənfur bir düşmənlə qarşılaşır. Amma ananı sevindirən, ovunduran, təsəlli verən bizim ordunun güclü olması, onun qələbə əzmi, xalqımızın yüksək mütəşəkkilliyi və birliyidir.

...Qapı döyüldü. Ana səksəkə içərisində yüyürüb qapını açdı. Kandarda rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov idi... Rayon rəhbərinin gülə-gülə, ərkyana “qonaq istəmirsiniz?” deməsi ananın həyacanına son qoy­du, “şükür” deyib tez tədarük etmək istədi. Rəcəb Babaşov isə “heç nə etmək lazım de­yil, gəlin söhbət edək, görüm nə probleminiz var, nə çatışır, nə çatışmır...”

Əyləşdilər, doğma bacı-qardaş kimi söhbət etdilər, dərdləşdilər... Rəcəb müəllim əskər anasına şanlı ordumuzun qələbələrindən danışdı və bu münasibətlə onu təbrik etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Xəyyamın və onun timsalında bütün hərbçilərimizin daha böyük zəfərlər əldə edəcəyini dedi. Vətənpərvər övlad böyüdən anaya səmimi ürək sözlərini çatdıran rayon rəhbəri verdi­yi tərbiyəyə, övladında aşı­ladığı Vətən sevgisinə görə minnətdarlığını çatdırdı.

Rəcəb Babaşov daha sonra əsgər anasının qayğı­ları ilə maraqlandı, nə kömək lazım olduğunu soruşdu. Əvəzində Nəsibə Cəfərova bir hərbçi anası kimi övladı ilə qürur duyduğunu söylədi. Oğlunun timsalında bütün hərbçilərimizə böyük zəfərlər qazanmağı və üçrəngli Azərbaycan Bayrağını tezliklə Qarabağda, Şuşada dalğalandırmalarını arzuladı.

Ana ona göstərilən qayğı­ya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə razılığını bildirdi.

Qeyd edək ki, Qazax Ra­yon İcra Hakimiyyətinin baş­çısı Rəcəb Babaşovun əsgər və zabit analarına, ailələrinə baş çəkmək təşəbbüsü olduqca təqdirəlayiq bir işdir və inanırıq ki, bu xeyirxah, vətənpərvərlik təşəbbüsü bütün ölkəni əhatə edəcəkdir. Əsgər ailələrini bir gün də unutmaq olmaz!

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

25 Oktyabr 2020 00:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə