Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ordumuz xalqımızın milli ləyaqət rəmzidir

Bu gün ehtiyatda olan hərbçi kimi ordumuzun güclü dö­yüş qabiliyyəti və ruh yüksəkliyi məni ürəkdən sevindirir. Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatları bir daha təsdiq edir ki, Silahlı Qüvvələrimiz bu döyüşlərə ciddi hazırlaş­mışdır.

Mən möhtərəm Prezidentimizin Azərbaycan xalqına müraciətlərini hər dəfə diqqətlə dinləyirəm. Cənab Prezident təmkinlə, səbrlə məsələlərə tam aydınlıq gətirir və sonra da işğal­dan azad olmuş ərazilərimizlə bağlı xalqımıza sevinc dolu xəbərlər çat­dırır. Həmin müraciətlərdən birindəki bu sözləri diqqətə çatdırmaq istərdim: “Şanlı Azərbaycan Ordusu öz xi­laskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqı­ma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğal­çılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

Sonrakı müraciətlərində cənab Prezident, Ali Baş Komandan Zəngilan şəhərinin və kəndlərinin, Cəbrayıl və Füzuli rayonlarının kəndlərinin azad olunması xəbərini çatdırıb. Xudafərin körpüsünün düşməndən azad edilməsi xəbəri xal­qımızı ürəkdən sevindirdi. Bu günlər artıq İranla sərhədlərimiz tam bərpa olunmuşdur. Orada Azərbaycanın sərhədçiləri dayanır.

Məni sevindirən odur ki, işğal­dan azad olunmuş ərazilərimizdə bərpa işlərinə başlanılmışdır. Ha­zırda Tərtərin Suqovuşan və Talış kəndlərinə yolların çəkilməsi işləri da­vam edir. Cənab Prezident dəfələrlə bildirmişdir ki, biz azad olunmuş şəhər və kəndlərimizi tezliklə bərpa edəcəyik.

“Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayı­rıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. “--Bu sözlər də cənab Prezidentə məxsusdur.

Bəli, ordumuz hər gün yeni zəfərlərlə xalqımıza sevinc, qürur bəxş edir.

Əsas olan budur ki, xalqımızda qələbəyə böyük inam var. Hörmətli Prezident , Alı Baş Komandan cənab İlham Əliyev dəfələrlə vur­ğulayıb ki, Azərbaycanın müdafiə potensialının möhkəmləndirilməsi və güclü ordunun yaradılması dövlət, hökumət və hər bir vətəndaş üçün bir nömrəli vəzifədir: “Biz bu istiqamətdə səylərimizi davam etdiririk. Biz hər an hazır olmalıyıq ki, doğma torpaqları­mızı işğalçı qüvvələrdən hərbi yolla azad edək və bu məqsədlə nə lazım­dır, Azərbaycan dövləti edir”.

Bizim ordumuz xalqımızın milli ləyaqət rəmzidir. Ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun la­yiqli davamçısı cənab İlham Əliyevın hakimiyyəti dövründə ölkəmizdə ordu və cəmiyyət arasında əlaqələr xeyli güclənib, cəmiyyətin mühüm tərkib hissəsi olan orduya münasibət hər zaman dövlətçiliyə münasibət kimi anlaşılıb. Bunlar ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji durumuna müsbət təsir göstərməklə əsgər və zabitlərimizin qələbə əzmini daha da artırır.

Bu gün Azərbaycan Ordusu güclü­dür, lazımi silah-sursat və texnika ilə tam təmin edilibdir. Cəbhədə qazanı­lan nailiyyətlər bunu bir daha təsdıq edir.

Uzun müddət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində rəis müavini işləmiş bir hərbçi kimi deyə bilərəm ki, Azərbaycan gəncləri həmişə döyüşə hazır olublar. Aprel döyüşləri dövründə gənclərimizin necə böyük həvəslə cəbhəyə getməyə hazır olduqlarını bildirmələrinin şahidi olmuşam. Hazırda bu proses davam etməkdədir.

Ordumuz bütün cəbhəboyu böyük şücaət göstərir. Cənab Prezident də çıxışlarında ordumuzu bu qələbə ruhlu hücumlarını böyük sevinc hissi ilə xalqımıza çatdırır. “ ... Azərbaycan Ordusu uğur­lu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğal­dan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlara öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlü­yümüzü bərpa etməliyik...Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır”.

Ordumuz Prezidentimizin çağırış­larına qələbə xəbərləri ilə cavab verir. Düşmənin həmlələrini böyük şücaətlə dəf edən qəhrəman Azərbaycan Ordusu tezliklə işğal olumuş ərazilərimizdə ölkəmizin suveren hüquqlarını bərpa edəcək.

Azərbaycan xalqı bu günlər böyük birlik, həmrəylik nümayiş etdirir. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar da bu birliyə qoşuldular. Müxtəlif platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq həmrəylik nüma­yiş etdirdi və Ali Baş Komandanın yanında olduqlarını bəyan etdilər. Siyasi partiyaların vəziyyəti düzgün dəyərləndirmələri, son hücumla­rın məhz sərhəd zonasında baş verməsinin təsadüfi olmadığını, Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin yalnız Dağ­lıq Qarabağla məhdudlaşmadığını bildirmələri Ermənistanın təcavüzünə qarşı birgə mübarizə baxımından əhəmiyyətlidir. Ali Baş Komanda­nın ətrafında yaranan milli birlik və həmrəylik ordumuza xüsusi ruh yüksəkliyi gətirib.

Azərbaycan xalqı qələbəyə böyük ümid bəsləyir. Bu gözləntilərin tezliklə reallaşacağı və ordumuzun yaxın vaxtlarda Xankəndiyə və Şuşaya Azərbaycan bayrağımızı sancacağı şübhəsizdir. Bu yazını cənab Prezi­dentin sözləri ilə tamamlayıram: “Biz qalib gələcəyik!”

Rövşən ƏLVƏNDOV, ehtiyatda olan polkovnik

25 Oktyabr 2020 00:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə