Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəlbimdən keçənlər və demək istədiklərim

Ötən əsrin doxsanıncı illərindən sonra dünyada və ölkəmizdə baş verən hadisələr və gedən proseslər bizə müəyyən həyat dərsləri kimi çox şey öyrətsə də, açıq etiraf edim ki, insanların çoxu kimi, mən də bu il sent­yabrın 27-dək çox vaxt ümidsiz vəziyyətdə qalmış, bəzi suallar içərisində təntimiş, boğulmuşam. Bütün bu işlərin sonunun necə olacağını, Qarabağ münaqişəsinin bizdən gələcək nəsillərə ağır bir miras kimi həlledilməz qalacağından üzülmüşdüm.

Müxtəlif səviyyələrdə tez-tez Qarabağ münaqişəsinin həll edilməməsi tənəsini eşidir və bizim özümüz də bu sual ətrafında cavabı tapılmayan dərin xəyallara dalırdıq. Doğrudan da Qarabağ münaqişəsi, ərazilərimizin işğalı, şəhidlərimizin intiqamı kim tərəfindən, nə vaxt alınacaqdır? Nə qədər gözləmək olardı?

Lakin ümummilli liderin siyasi məktəbinin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin dərindən düşünülmüş siyasi addımları, Qarabağ probleminin uğurlu həllinə yönəlmiş ildırım sürətli hücum taktikası üstümüzdən elə bil, bu ağır və boğucu yükü götürdü, müşkül problemi dəf etmək üçün bizə əlavə nəfəs verdi...

Sən demə, dünya siyasətinə dərindən bələd olan müdrik Prezidentimiz hər zamanın, hər məqamın yerini və vaxtını hamıdan daha dəqiq və daha səhih bilirmiş... Fürsət gözləyirmiş.... Hamımızın səbr kasamızın dolub-daşmasını gözləyirmiş... Mən reallıq hissi ilə yaşayan insanam, az-çox oxumuş, görüb götürmüşəm. Etiraf edim ki, 27 sentyabrdan bu günə keçən və illərə bərabər olan, az qala, bir aylıq müddətdə baş verənlərdən həm üzülmüş, həm də qürur duymuşam.

Xaraktercə ağlayan, kövrələn adam deyiləm, mübariz və döyüşkənəm. Haqqı nahaqqa verən deyiləm, heç bir başqa iddiam da yoxdur, kiməsə yarınmaq iddiasından da uzağam... Amma olanları düzgün qiymətləndirməliyəm. Bir ziyalı, dövlət adamı kimi, baş verən proseslərə obyektiv yanaşıb, düzgün qiymət verməliyəm. Bu, mənim vicdan borcumdur. Açıq etiraf edim ki, Qarabağın azad ediləcəyini səbirsizliklə gözləsəm də, onun reallaşacağına inanmamışam... Dünya tarixində elə bir sərkərdə tanımıram ki, o, otuz ildən çox işğal altında olan, mürəkkəb relyefli bir regionu, qısa müddət ərzində dünyaca arxalı, namərd və yağı düşməndən belə uğurlu əməliyyatlarla azad etməyə qadir ola bilsin. Təkcə istək, təkcə dərin intellektual düşüncə, cəsarət və mərdlik deyil, həm də böyük fədakarlıq və igidlik, comərdlik. Vətənə məhəbbət hissi də lazım idi ki, belə bir missiyanı uğurla yerinə yetirə bilsin. Bu fədakarlıq və sərkərdəlik missiyası nə yaxşı ki, bizim Prezidentimiz İlham Əliyevin taleyinə yazılmışdır... Əminəm ki, yaxın günlərdə illərlə ayrı düşdüyümüz, həsrətini çəkdiyimiz doğma Qarabağımız tezliklə və bütünlüklə lap yaxın günlərdə geri alınacaq, bizə qaytarılacaq, yağı düşmən isə “murdar və xəstə it” kimi sərhəddən o tərəfə birdəfəlik qovulacaqdır.

Hər axşam möhtərəm Prezidentimizi hər bir narahat Vətən övladını sevindirəcək şad xəbərlər müjdəçisi kimi dinləməyə artıq vərdiş etmişik. Kaş ki, belə qələbə xəbərlərini hələ çox eşidək... Bu dərin psixoloji-mənəvi konfortun təsiri altında böyük bir kollektivin arzu və istəklərini, çoxlarını düşündürən bir sıra suallara vətəndaş mövqeyimizi və istəyimizi də ifadə etməyə mənəvi haqqımız vardır. Bütün bu deyilənlərin yekunu olaraq belə mənəvi və hüquqi nəticəyə gəlirəm ki, baş verən xilaskarlıq missiyasını xüsusi fədakarlıqla, təkrarsız cəsarət və mərdliklə yerinə yetirdiyinə görə ölkə Prezidenti, Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülməlidir. Mən çoxsaylı tərəfkeşlərim, həmrəy dostlarım adından belə bir təşəbbüs irəli sürürəm. Bu təşəbbüsün əsaslarını da hüquqi cəhətdən tam şərh edə bilərəm... Qoy, əlaqədar qurumlar mənim bu vəsatətimi müzakirə etsin və minlərlə həmvətənlərimin arzusunu reallığa çevirsin. Bu, onun halal haqqıdır.

Bir sıra yaşayış məskənlərimizin tarixi adlarının ya bərpa edildiyini, yaxud da onlara yeni və milli adlar verildiyini alqışlayıram. Odur ki, xalqımızın qatili, daşnak və faşist Stepan Şaumyanın murdar xatirəsini yaşadan Stepanakertin adının dəyişdirilərək, ulu öndərimizin şərəfinə “Heydərabad” adlandırılması mənim növbəti təkliflərimdəndir.

Yüzlərlə tarixi mənbə birmənalı şəkildə təsdiq edir ki, ermənilər Rusiya–İran müharibəsindən sonra, rus diplomatı A.S. Qribayedovun rəhbərliyi ilə İrandan köçürülmüş və o vaxtadək Qarabağın daimi sakinləri olmamışlar. Qarabağda bolşeviklərin “parçala, hökm sür” ideologiyasına xidmət edərək, onu gələcəkdə seperatizm yuvası kimi süni surətdə yaratmışlar. Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə 7 iyul 1923-cü il tarixdə dekret verilmiş, 16 iyun 1981-ci ildə isə Azərbaycan SSR- nin müvafiq qanunu qəbul edilmişdir. Buna baxmayaraq, dünyanın ən güclü imperiyalarından biri olan keçmiş SSRİ-nin Ali Soveti 1989-cu ilin noyabr ayında Dağlıq Qarabağ Muxtar Vilayətini bir muxtariyyət kimi hüquqi cəhətdən ləğv etmişdir. Eyni zamanda, vaxtilə Dağlıq Qarabağ Muxtar Vilayətini təsis etmiş Azərbaycan Respublikasının qanunverici orqanı – Ali Soveti 26 noyabr 1991-ci il tarxli Qanunu ilə “Dağlıq Qarabağ Muxtar Vilayəti”ni, inzibati ərazi vahidi kimi ləğv etmiş, onun ərazisi Ağdam Xocəvənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülmüşdür. Beləliklə də həmin vaxtdan etibarən, yəni təxminən otuz ildən çoxdur ki, Azərbaycan Respublikası ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur, o artıq tarixə çevrilmişdir, mövcud deyildir. Buna görə də bir hüquqşünas kimi, ermənilərin arzu etdikləri kimi “Dağlıq Qarabağ” müstəqil subyekt olaraq nə münaqişənin, nə də münasibətlərin iştirakçısı ola bilər. O, artıq tarixin səhifəsindən birdəfəlik silinmişdir və yalnız erməni xəyallarının uğursuz istəyidir. Bütün bunlara görə də “Dağlıq Qarabağ” istilahını, ifadəsini bir daha işlətməməyi rica edirəm. Bu ifadəni işlətməklə erməniləri şərəfləndirmiş oluruq.

Prezident İlham Əliyev öz çıxışlarınızda dəfələrlə xüsusi olaraq qeyd etmişdir ki, müasir Ermənistan, onun paytaxtı olan İrəvan şəhəri qədim Azərbaycan torpağıdır və müəyyən tarixi məqamlarda zor gücünə ermənilərə bəxşiş edilmişdir. Bütün tarixi mənbələr, rəsmi sənədlər, həqiqətən də, təsdiq edir ki, Türkmənçay sülh müqaviləsindən sonra, azərbaycanlıların daimi yaşadığı İrəvan və Naxçıvan xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edilmişdir. Yeni ərazilərdə öz mövqeyini xristian erməniləri hesabına möhkəmləndirmək üçün çar Rusiyası Birinci Nikolayın 21 mart 1828-ci il tarixli əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının inzibati ərazisində müvəqqəti olaraq “erməni vilayəti” yaradılmışdır. Qədim və tarixi Azərbaycan şəhəri İrəvan ermənilərə paytaxt olaraq “hədiyyə” edilmişdir. Bu məqsədlə İranın Marağa şəhərindən 40 min erməni İrəvana, 40 min erməni isə Qarabağa köçürülmüşlər.

Rusiya imperiyası dağıldıqdan sonra onun ərazisində təsis edilən qondarma Ermənistan Respublikasına paytaxt seçimi edilərkən qədim Azərbaycan şəhəri İrəvan 9 min kvadratkilometr ərazi ilə birlikdə, bolşeviklərin ciddi səyi, ermənilərin təkidi ilə Ermənistana güzəşt edilmişdir. Təsadüfi deyildir ki, Batum müqaviləsinə əsasən, Ermənistanın müstəqqiliyini ilk tanıyan dövlət də elə qardaş Türkiyə olmuşdur. Nankor ermənilər bunun əvəzində tezliklə yüz il olacaq ki, türkləri “soyqırımın”da ittiham edirlər. Halbuki elə həmin illərdə Böyük Britaniyanın səlahiyyətli məhkəmələrinin apardığı tədqiqatların nəticəsi olaraq, ermənilərə qarşı heç bir soyqırımının aparılmadığı tam təsdiq olunmuşdur. Xüsusi olaraq qeyd edilməlidir ki, Cənubi Qafqazda sülh və terrorun daimi dəstəkçisi olan ermənilərin bu regionla heç bir tarixi bağlılığı və əlaqəsi olmamışdır. Bəzi erməni tarixçiləri ermənilərin Afrikadan köçdüklərini, bəzi Qərb tarixçiləri, o cümlədən, Azərbaycan tarixçiləri isə əsaslı şəkildə sübut etmişlər ki, ermənilər qaraçı mənşəli olmaqla, köçəri tayfa şəklində daimi hərəkətdə olmuş, sonradan Türkiyəyə və Cənubi Qafqaza Balkandan gəlmişlər. Bütün bunlar elmi səviyyədə tamamilə sübuta yetirilmiş və heç bir mübahisə yeri qalmamışdır (Bax: Р. Гусейн-заде “Кавказ и армяне”, 2013 и в 2014 гг, Х. Вердиева и Р. Гусейн- заде “Родословная” армян и их миграция на Кавказ с балкан, Баку). Məhz buna görə də hesab edirəm ki, zaman gəldikcə tarixi Azərbaycan torpaqları hesabına yaradılan Ermənistan Respublikasının bugünkü ərazisi də öz tarixi sahiblərinə – azərbaycanlılara qaytarılmalıdır. Bu da tarixi ədalətin bərpası olardı.

Bütün qüsurlarına baxmayaraq, beynəlxalq hüquq İkinci dünya müharibəsindən sonra əhəmiyyətli təkamül prossesi keçmiş və dinamik inkişafdadır. Çünki o, bəşəriyyətin illərlə qazandığı elmi təfəkkürün təzahür forması, hüquqi ifadəsidir. Bu baxımdan etiraf edək ki, bu gün beynəlxalq hüququn müasir vəziyyəti ciddi narahatçılıq doğurur və o, ciddi surətdə təkmilləşdirilməlidir. Məsələn, BMT-nin Qarabağla bağlı 4 qətnaməsinin indiyə qədər icra edilməməsi və ümumiyyətlə, BMT qərarlarının icra mexanizminin olmaması ona olan ümid və etibarı sarsıtmaqdadır. Münaqişə nəticəsində dövlətlərə, xalqlara və vətəndaşlara dəyən maddi zərərlərin ödənilməsi mexanizmi də yoxdur.

Dağlıq Qarabağ münaqişəsi bəşəriyyətə və insanlığa qarşı cinayət əməlləri ilə “zəngin”dir. Hesab edirəm ki, artıq bu sahədə səlahiyyətli beynəlxalq tribunalın yaradılması məsələsi həll edilməli, erməni faşistlərinin və onların himayədarlarının cinayət əməllərinə ədalət məhkəməsində baxılmalı və təqsirli şəxslərin məsuliyyəti məsələsi həll edilməlidir. Qeyd edilməsi zəruridir ki, erməni faşistləri ölkəmizə və xalqımıza həm də ciddi maddi və mənəvi zərər vurmuşlar. Son illər beynəlxalq təcrübədə belə zərərlərin ödənilməsi presedentlərinə əhəmiyyətli yer ayrılmaqdadır. Bu, beynəlxalq hüququn mühüm prinsiplərindən birinə – ədalət prinsipinə tam cavab verir. Məsələn, İraqın Küveytə təcavüzü nəticəsində vurulmuş maddi zərərin ödənilməsi barədə BMT-nin müvafiq qərarı nəticəsində İraqın Küveytə vurduğu təxminən 41,8 milyard ABŞ dolları məbləğində zərərin indiyə kimi 17,5 milyardı ödənilmişdir. Prosses davam etməkdədir.

Beynəlxalq Ədalət Məhkəməsi Palatasının 26 iyul 1927-ci il tarixli qərarı ilə vurulmuş zərərin ödənilməsi zərurəti beynəlxalq hüququn mühim prinsiplərindən biri kimi qeyd edilmişdir. Beynəlxalq hüquqda mühüm dövlətlərarası təşkilat hesab edilən İslam Əməkdaşlıq Təşkilatı dövlətlərinin və hökümət başçılarının 9-cu sammiti “Ermənitsan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”nə dair məsələ müzakirə edərək, 21/9-P nömrəli qətnaməsinin 17-ci bəndində təcavüzkar Ermənistanın Azərbaycana vurduğu zərərin ödənilməsi barədə qərar çıxarmışdır. Bu baxımdan hesab edirəm ki, xüsusi yaradılmış mütəxəssis komissiyası Ermənistan Respublikasının Azərbaycan Respublikasına bütün sahələr üzrə vurduğu zərərin miqyasını dəqiq müəyyən etməli və həmin zərərin ödənilməsi barədə beynəlxalq məhkəmə qarşısında məsələ qaldırmalıdır.

Ümumiyyətlə, hesab edirəm ki, bu gün Azərbaycan dövləti və Azərbaycan hüquq sistemi qarşısında ciddi vəzifələr dayanır. Bu məsələ hökumət səviyyəsində müzakirə edilməli və səlahiyyətli komissiya yaradılmalıdır. Məsələn, Xocalı soyqırımına Azərbaycanın suveren məhkəmələri tərəfindən baxılması və təqsirləndirilən şəxslərin cəzalandırılması məsələsi illərdir uzanır. Cinayət prossesual qanunvericiliyin təkmilləşdirilməsi təmin edilməlidir. Ölkəmizin beynəlxalq axtarış və məhkəmə orqanları ilə əlaqələri genişləndirilməli və təkmilləşdirilməlidir. Xüsusi statuslu və yüksək ixtisaslı mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən ixtisaslaşmış orqan yaradılmalı, ölkəmizə dəyən müxtəlif zərərlərin miqyası dəqiqləşdirilməlidir. Belə komissiyalara hətta beynəlxalq statuslu ekspertləri də daxil etmək olar. Ölkəmizə vurulmuş zərərin Ermənistan tərəfindən alınması üçün ciddi tədbirlər görülməlidir.

Azərbaycanın işğal altında olan ərazilərində monitorinqlər keçirməklə ekosit cinayətlərinin – mədəniyyət və tarixi abidələrə, su mənbələrinə, meşələrə, bitki örtüyünə vurulmuş zərərin miqyası da dəqiq müəyyən edilməlidir.

Ermənilər, eləcə də başqa seperatçı qruplar, bir qayda olaraq millətlərin öz müqəddəratını təyin etmək hüququndan bəhrələnməyə çalışırlar. Bu isə çox zaman dövlətlərin ərazi toxunulmazlığı prinsipi ilə uzlaşmır, bir-birinə ziddiyət təşkil edir. Hesab edirəm ki, BMT-nin himayəsi altında müxtəlif dövlətlərin ən yüksək ixtisaslı ekspertlərinin iştirakı ilə bu prinsiplərin elmi müqayisəsi aparılmalı və onlardan hansının üstün olması barədə qəti qərar qəbul edilməlidir. Beynəlxalq təşkilatların statuslarına da yenidən baxılmalı, onların formal və səlahiyyətsiz bir quruma çevrilmələrinin qarşısı təxirə salınmadan alınmalıdır.

BMT-nin Təhlükəsizlik Şurasının üzvlüyü məsələsi də ədalətlə həll edilməli, cinayət axtarışı və səlahiyyətli məhkəmə qurumlarının da, nəhayət ki, yaradılması və fəaliyyəti təmin edilməlidir. Böyük dövlətlərin və güclərin özbaşınalığına da son qoyulması mexanizmlərinin yaradılması vaxtı çatmışdır. Məsələn, Minsk qrupunun fəaliyyəti təhlil edilərək, fəaliyyətsiziliynə hüquqi qiymət verilməlidir. Bu və ya digər şəkildə ermənilərə himayədarlıq edən Fransanın, beynəlxalq birliyin bu məsələyə aşkar laqeydliyi tədqiq edilməli və sanksiyalar tətbiq edilməlidir. Xocalı soyqırımını təşkil və təmin edən müxtəlif hərbi siyasi “xadimlər”in adları hamıya məlum olduğu halda, onların həm də Ermənistanın hərbi siyasi rəhbərliyində təmsil olunmalarına böyük dövlətlərin göz yumması bağışlanılmaz haldır. Belə təcrübələrin qarşısını almaq üçün hüquqi tədbirlərin işlənib hazırlanması təmin edilməlidir.

Zaman keçir, millətimizin və dövlətimizin qara yarasına çevrilmiş erməni seperatiziminə son qoyulmasına ümidlərimiz artmaqdadır. Problemlər çoxdur, hamımız vicdanımız və qeyrətimizlə qəhrəman Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməli və ölkəmizin taleyüklü məsələlərinin həll edilməsinə öz elmi, təcrübi və şəxsi töhfələrimizlə dəstək olmalıyıq. Bu, bizim millətimiz və dövlətimiz qarşısında ən müqəddəs vəzifəmizdir.

Bəhram ZAHİDOV,
hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin baş hüquq məsləhətçisi, müharibə və əmək veteranı

25 Oktyabr 2020 00:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə