Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sergey Markov: Azərbaycanın müharibədə qələbəsi yaxınlaşır

Azərbaycan Dağlıq Qarabağ müharibəsində qələbəyə yaxınlaşır.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bu sözləri özünün “Fa­cebook” səhifəsində yazıb. Poli­toloq qeyd edib ki, bəlkə də bir neçə saatdan sonra Azərbaycan Ordusunun tutacağı mövqelər Ermənistanla Dağlıq Qarabağı cənubdan əlaqələndirən Laçın dəhlizini atəşlə bloklamağa imkan verəcək.

S.Markov yazıb: “Şimal dəhlizi təqribən bir həftə bun­dan əvvəl bloklanıb. Orada hər şey atəş altındadır. Azərbaycan Ordusu havada tam üstünlüyə malikdir. Dağlıq Qarabağın cənub dəhlizi mühasirəyə alı­nandan sonra Ermənistan ordu­su ümidsiz vəziyyətə düşəcək. O halda müharibənin davam etdirilməsi erməni ordusunun hərbi formasını geymiş insan­ları məhv etməyə bərabər ola­caq. Bu, heç kimə gərək deyil. Ona görə də düşünürəm ki, bu qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev atəşi dayandırmağa və danışıqlara başlamağa hazır olduğunu bildirəcək”.

Onun fikrincə, bu danı­şıqlar artıq atəşkəs barədə deyil, sülh haqqında olacaq. Rusiyalı politoloq vurğulayıb: “Danışıqlar sülhün şərtləri barədə, Ermənistan qoşun­larının Azərbaycanın bütün ərazisindən tamamilə çıxarılma­sı şərtləri haqqında və erməni əhalinin vəziyyəti haqqında olacaq. Həmin danışıqlarda əsas təşkilatçı və vasitəçi Rusiya olacaq. Vladimir Putinin çıxışı məhz bu barədə idi, hərçənd o vaxt bunu hamı başa düşmədi. Putin isə artıq bilirdi ki, bir neçə saatdan sonra region­da geosiyasi vəziyyət əsaslı şəkildə dəyişəcək. Azərbaycanın müharibədə qələbəsi yaxınlaşır”.

“Xalq qəzeti”

25 Oktyabr 2020 00:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə