Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

CƏBHƏDƏN SON XƏBƏRLƏR

Ermənistan tərəfinin guya Azərbaycan xüsusi təyinatlılarının böyük bir bölməsinin məhv edilməsi barədə yaydığı məlumat bu ölkənin müdafiə nazirliyinin nümayəndələrinin narahat gecə yuxularının məhsuludur.

Bu barədə Müdafiə Nazir­liyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, düşmənin yay­dığı müxtəlif dezinformasi­yalar döyüşlər zamanı aldığı zərbələrin təsirinə mütənasib olaraq dəyişir.

Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib. Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib. Bir müddət sonra bununla bağlı videosü­butlar təqdim olunacaq.

* * *

Ermənistan müdafiə na­zirliyi rəsmisinin Azərbaycan Ordusunun döyüşlərdə guya xeyli sayda zirehli və avto­mobil texnikası itirməsi ilə bağlı səsləndirdiyi fikirlər onun əməliyyat şəraitindən tam xəbərsiz olmasının göstəricisidir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yayılan məlumatın reallıqla heç bir əlaqəsi yoxdur və qor­xu içində olan erməni cəmiyyətini sakitləşdirmək məqsədilə hazırlanmış de­zinformasiyadır. Hansı tərəfin nə qədər döyüş texnikasının məhv edildiyini və nə qədər qaldığını təyin etmək üçün Azərbaycan Müdafiə Nazir­liyinin təqdim etdiyi videoları izləmək kifayətdir.

Ordumuzun arsenalında düşmənə zərbə endirməyə yetərincə zirehli texnika var və onlar relyefə, əməliyyat şəraitinə, müxtəlif taktiki üsul və metodlara uyğun koman­danlığın qərarına əsasən tətbiq edilir.

* * *

Ermənistan tərəfinin Azərbaycana məxsus pilot­suz uçuş aparatının (PUA) guya vurularaq bu ölkənin ərazisinə düşməsi barədə yaydığı məlumat yalandır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir.

* * *

Oktyabrın 23-ü gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusu­nun bölmələri əməliyyat planına uyğun olaraq cəbhənin müəyyən edil­miş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib.

Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəşlə ciddi ziyan vurulub. Düşmənin silah-sursat, yanacaq ehtiyatları anbar­ları sıradan çıxarılıb. Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqeləri tərk edərək geri çəkilib. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib.

Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

* * *

Oktyabrın 23-də gündüz saatlarında Cəbrayıl rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus “BZEZ” zərbə pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkarlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ordumuzun bölmələri düşmənin zərbə PUA-sını xüsusi texniki vasitələrlə yerə endirib.

* * *

Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini raket atəşinə tutmağa başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan silahlı qüvvələri Ağdərə istiqamətindən Naftalan- Tərtər rayonlarının ərazisini yaylım atəşli reaktiv sistemlərdən (YARS) atəşə tutur.

* * *

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı ra­yonunun ərazisini artilleriya atəşinə tutur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir.

* * *

Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubad­lı istiqamətlərində həyata ke­çirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.

Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.

* * *

Oktyabrın 24-də gündüz saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücu­mundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Bu barədə Müdafiə Nazir­liyinin mətbuat xidmətindən məlumat verilib.

* * *

Oktyabrın 24-də saat 15.25 radələrində Ağdərə istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazir­liyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, gün ərzində cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi də Azərbaycan Hava Hücu­mundan Müdafiə bölmələri tərəfindən vurulub.

* * *

Oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik- Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.

* * *

Oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankını, 2 sığı­nacağını və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan HHQ-si düşmənin hərbi inf­rastrukturuna hava zərbələri endirməkdə davam edir.

“Xalq qəzeti”

25 Oktyabr 2020 00:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 22:55
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə