Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“YNET” portalı: Gəncənin yəhudi icması Ermənistan tərəfindən bombardmana məruz qalıb

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində şiddətli müharibə davam edir. İsrailin populyar “YNET” saytında dərc edilmiş “Gəncənin yəhudi icması Ermənistan tərəfindən bombardmana məruz qalıb və müharibəyə qoşulub” sərlövhəli məqalə bu mövzuya həsr edilib.

Qeyd etmək lazımdır ki, “YNET” dünyada ən yaxşı 1500 saytın və İsraildə ən yaxşı 10 saytın sırasına daxildir. “Google Trends” axtarış sisteminin rəyinə görə “YNET” İsrailin ən popul­yar internet portalıdır.

Məqalənin müəllifi İta­mar Eyhner qeyd edir ki, Azərbaycanın Gəncə şəhərindəki yəhudi icması Ermənistan ordusu tərəfindən ballistik raketlərlə güclü hücumlar nəticəsində ciddi ziyan çəkib.

Ermənistan tərəfindən bu­raxılmış raket icma üzvlərindən birinin evindən təqribən 300 metr məsafədə düşüb, xoşbəxtlikdən zərərçəkən olmayıb. Habadanın yerli emissarı ravvin Şneor Seqal deyir: “Təəssüf ki, bombardman nəticəsində Gəncədəki yəhudi ailələrinin çoxunun evləri zədələnib. Böyük möcüzədir ki, xəsarət alan olmayıb”.

Son günlərdə təcavüzkar Ermənistandan Gəncəyə çoxlu bomba atılıb. Ermənistan ordusu­nun raket hücumları nəticəsində 20-dən çox dinc sakin həlak olub, 130-dan çox adam, o cümlədən uşaqlar yaralanıb. Bu şəhərdə Azərbaycanın yəhudi diasporunun təqribən 800-1000 nümayəndəsi yaşayır.

Ş.Seqal deyir: “Mən Şab­batdan dərhal sonra Gəncəyə gəldim, icma üzvləri ilə söhbətlər apardım. Raket hücumun­dan zərər çəkmiş rayonlara baxdıq. Dəhşətli mənzərə idi – Ermənistanın hücumu nəticəsində onlarca ev dağıdılıb”.

Məqalədə qeyd edilir ki, Gəncə şəhəri Xankəndidən təqribən 100 kilometr şimalda yerləşir.

“Azərbaycan müsəlman ölkəsidir, lakin siz burada özünüzü tam rahat hiss edirsi­niz”, - deyən Seqal vurğulayır ki, yəhudi icmasının üzvləri də Ermənistan tərəfindən atəşə məruz qalmalarına baxmayaraq, döyüş əzmindədirlər.

25 Oktyabr 2020 00:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə