Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rektorlar Gəncə terrorunu pisləyir, xalqımızla həmrəy olduqlarını bildirirlər

Oktyabrın 4-dən, Gəncə şəhərinə Ermənistan ərazisindən ilk raket zərbəsindən sonra, Azərbaycan Dövlət Aqrar Univer­sitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov keçmiş ittifaq respublikalarındakı aqrar ali məktəblərin rektorlarına, bir sıra xarici ölkələrdəki həmkarlarına məktublar yazır, zəng edir, fo­tolar, videolar göndərir. Professor ölkəmizin ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə dəhşətli raket atəşləri nəticəsində mülki insanların həlak olması, evlərin, obyektlərin dağıdıl­ması, o cümlədən ADAU-nun Aqrotexno­logiya fakültəsinin tədris binasına zərər dəyməsi barədə müxtəlif ölkələrin ali təhsil müəssisələrinin rəhbərlərini, əməkdaşlarını müntəzəm məlumatlandırır.

Şəhərin sayılıb-seçilən ziyalısının bu cür mövqe nümayiş etdirməsi, öz vətəndaşlıq borcunu ləyaqətlə həyata keçirməsi öz əks-sədasını vermişdir. Artıq Ukrayna Bila Tserkva Milli Aq­rar Universiteti, Poltava Dövlət Aqrar Universiteti, Lvov Milli Aqrar Universiteti, Mərkəzi Milli Texniki Universiteti, Milli Aqrar Elmlər Akademiyasının Əkinçilik İnstitutu, “Kiyev Mohyla Akademi” Milli Universiteti, “Ukrayna Ərzaq Vadisi” İctimai Birliyi, “Dobro-Kraft” Fermer Müəssisəsi, Yavoriv Milli Təbiət Parkı­nın əməkdaşları baş vermiş hadisələri ürəkağrısı ilə qarşıladıqlarını, dinc insanların öldürülməsinin bəşəriyyət üçün böyük cinayət olduğunu və bunun dünya ictimaiyyəti tərəfindən qınanıl­masını, xalqımızla həmrəy olduqlarını, ölkəmizin suverenliyini və ərazi bütövlü­yün, dəstəklədiklərini bildiriblər.

Azərbaycan Dövlət Aqrar Uni­versitetinin (ADAU) sıx əməkdaşlıq etdiyi, Avropanın aparıcı ali təhsil müəssisələrindən biri olan Polşanın Varşava Təbiət Elmləri Universiteti­nin rektoru, professor Michal Zasada təhsil müəssisəsinin kollektivi adından ADAU-nun rektoru İbrahim Cəfərova məktub ünvanlayaraq baş verən hadisələrlə bağlı narahatlığını, Gəncə şəhərinin yaşayış massivlərinin, mülki obyektlərin Ermənistan tərəfindən raket atəşinə tutulmasını pislədiyini, xalqımıza rəğbətini, həmrəyliyini, zəruri dəstək göstərməyə hazır olduğunu yazmışdır.

Eyni zamanda Türkiyə, ABŞ, Almaniya, Bolqarıstan, Sloveniya, Macarıstan, Fransa, İspaniya, İtaliya, Avstriya, Portuqaliya, İsveç, Rumıniya, Gürcüstan, Ukrayna, Pakistan, Çin Xalq Respublikası, MDB ölkələrinin aparıcı ail aqrar təhsil müəssisələri, Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri Şəbəkəsi və digər ölkələrin ali təhsil müəssisələrinin rəhbərləri, ADAU-nun Fəxri doktorları, ta­nınmış alimləri rektorun müvafiq məktubları vasitəsilə məlumatlandırılıb.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

25 Oktyabr 2020 00:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə