Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Düşmən cəbhədəki məğlubiyyətin əvəzini dinc əhalidən çıxmağa çalışır”

Azərbaycan Ordusu cəbhədə ardıcıl uğurlar qazandıqca, düşmən qüvvələrini məhv etdikcə onlar daha da aqressivləşir və məğlubiyyətlərinin əvəzini dinc şəhərləri raket atəşinə məruz qoymaqla çıxmaq istəyirlər. Gəncəyə olan son hücum­larda uşaqların, yaşlı insanların həlak olması göstərdi ki, olduq­ca ləyaqətsiz düşmənlə üz-üzəyik. Bu fikirləri Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri , Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

“Lakin separatçı quldurbaşı A.Arutunyan sanki bunlar olmamış kimi utanmadan Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlayıb. Bir şeyi unudurlar ki, onun kimi quldurların 80- ci illərin sonunda törətdikləri terrorun ilk qurbanları sovet-rus əsgərləri və milis işçiləri olmuşdur. 1991-ci ildə azərbaycanlı jurnalist xanım Salatın Əsgərova ilə birgə öldürülən rus zabit və əsgərləri bunun bariz nümunəsidir”.

T. Gəncəliyev qeyd edib ki, Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində yaratdığı qondarma kriminal xuntanın rəhbəri kimi özünü təqdim edən A.Arutunyanın Rusiya Prezidentinə məktubu etik normalar­dan kənardır. Çünki A.Arutunyanın məktubunda tarixi, siyasi və hü­quqi faktlar təhrif olunmuşdur: “A.Arutunyanın Qarabağ məliklikləri haqqında iddiaları əsassız və saxtadır. Ona xatırlatmaq istərdim ki, 1805-ci ildə Rusiya ilə Kürəkçay traktatını məhz Qarabağ xanı, azərbaycanlı İbrahimxəlil xan imzalamışdır. Şuşa­dan olan məcburi köçkün kimi məni və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünü Ermənistanın və qondarma rejimin bu ağ yalanları qəti şəkildə hiddətləndirir. Ermənistan və kriminal xunta 80-ci illərin sonlarında Xankəndidə azərbaycanlılara qarşı soyqırımları törətdilər. 1992-ci ildə Xocalıda qadın və uşaqlar da daxil ol­maqla 613 nəfər dinc sakini bir gecənin içində amansızcasına qətlə yetirdilər və Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirdilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf işğal olunmuş rayonlarında, o cümlədən Azərbaycan xalqının mədəni və mənəvi incisi olan Şuşa şəhərində bizə qarşı etnik təmizləmə, insanlıq əleyhinə cinayət əməlləri törədilmişdir. Azərbaycan xalqının Qarabağda olan zəngin maddi-mədəni irsi dağıdılmış və talan edilmişdir. Hətta Şuşadakı tarixi rus provoslav kilsəsi erməni vandalizmi və talanından kənarda qalmayıb və daha sonra dəyişdirilərək erməni kilsəsinə çevrilmişdir”.

T.Gəncəliyev deyib ki, Moskva artıq Ermənistanın saxta göz yaşla­rına inanmır. Arutyunyan bilməldiir ki, onun kimi separatçı terrorçular 1991-ci ildə Qarakənddə ermənilər tərəfindən vurulmuş vertolyotda Rusiya və Qazaxıstandan olan İqor Plaviski, Saylau Serikov, Sergey İvanov, Nikolay Jinkin, Mixail Lukaşov, Oleq Koçerev, Vladimir Kovalyov kimi yüksək rütbəli zabitlər də qətlə yetirilmişdir. Onlara qətlə yetirdikləri əksəriyyəti etnik rus olan çoxsaylı SSRİ daxili qoşunlarının zabit və əsgərlərini xatırladaq?!”

“Azərbaycanlılarla bərabər, Qa­rabağda bu gün bir nəfər rus, slav­yan mənşəli adam qalmayıb, etnik təmizləməyə məruz qalıblar. Bu gün Qarabağda yaşayan erməni əhalisi Ermənistanın və A.Arutunyan kimi kri­minal quldurların zülmü altında yaşayır. Xankəndidən seçilmiş deputat kimi Qarabağdan olan ermənilərin mənə ünvanladıqları iztirablı müraciətləri bunu açıq şəkildə göstərir. Bu müraciətlə A.Arutunyan qatı sorosçu Nikol Paşinyan kimi hər vəchlə Rusi­yanı münaqişəyə cəlb etmək istəyir. Ermənistan ərazisindən Azərbaycanın cəbhə zonasından çox uzaqda yerləşən Gəncə, Xızı, Siyəzən, Mingəçevir şəhərlərinin ballistik raketlərlə vurulma­sı da bu məqsədə xidmət edir. Lakin Rusiya haqlı olaraq Sorosun marioneti olan Paşinyanın bu kimi hiylələrinə uymadı. Bizim Dağlıq Qarabağda ya­şayan erməni əhalisi ilə heç bir prob­lemimiz yoxdur. Biz 27 sentyabrdan əvvəl də dəfələrlə Dağlıq Qarabağın erməni icmasına sülh və birgə yaşa­yış üçün dialoq təklif etmişdik. Lakin Ermənistan və qondarma qurum bunu qəbul etmədi, hətta Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə inkar etmişdir. Dialoq təklifimiz bu gün – Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyi zamanda da qüvvədədir. Azərbaycan Respublika­sının Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Dağlıq Qarabağın erməni mənşəli icması Azərbaycanın tərkibində azərbaycanlı icması ilə birgə yaşayacaq və ölkənin iqtisadi imkanlarından bəhrələnəcəklər. Ermənistan və A.Arutunyan kimi qul­durlar sülh istəyirlərsə onda işğalçı qo­şunlar beynəlxalq hüquqlar təsbitlənmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Hazırladı: Anar TURAN, “Xalq qəzeti”

25 Oktyabr 2020 00:09 - SİYASƏT
SİYASƏT
25 Noyabr 2020 | 03:39
Xilaskar prezident

Köhnə versiyamızdan xəbərləri izlə