Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çağdaş erməni vandalizmi onu törədənləri lənətə tuş edəcək

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, tarixçi professor Anar İsgəndərli iş­ğaldan azad edilmiş ərazilərimizdə üzləşdiyimiz erməni barbarlığı mənzərələrinə münasibətini belə ifadə etdi:

– Artıq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərin 26- cı günüdür. Şanlı Azərbaycan ordusu qısa müddətdə 120-dən çox kəndi, Murovdağ zirvəsini, Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərini işğaldan azad edib. Müdafiə Nazirliyinin azad olunan ərazilərimizdən yaydığı videolar isə insanı dəhşətə gətirir.

Videolardan görünür ki, qəddar düşmən işğal etdiyi torpaqlarımız­da təkcə tarixi abidələri, təbii milli sərvətlərimizi deyil, müqəddəs mənəvi dəyərlərimizi – qəbiristanlıqlarımızı, məscidlərimizi də darmadağın edib. 30 il müddətində Azərbaycan xalqının tarixi torpaqlarından azərbaycanlıların izlərini silməyə var gücü ilə çalışan düşmənin qəbiristanlıq qatili olma­larının bütün dünyaya çatdırılması məqamıdır.

Ermənilər tarixi, dini abidələri məhv etməklə uğur qazanmadılar, əksinə, nifrət sahibi oldular. Bu gün biz nifrət edirik, sabah onu tarixə çevirib, bütün dünyaya bəyan edəcəyik. Onda erməni xislətinin mahiyyəti açılacaq, onların faşist təfəkkürü ortaya qoyulacaq: görün, bu insanlar nə qədər vəhşi, qəddar və amansızdırlar. Onlar tək cavanları, qocaları, uşaqları öldürmürlər, hətta dünyadan köçmüş insanla­rın qəbirlərinə, Allahın evi olan məscidlərə qarşı faşist düşüncə ilə yanaşırlar.

Göründüyü kimi, xəstə dünyagö­rüşlü, insanlığa zidd ideologiya daşı­yıcıları olan ermənilər Azərbaycanın haqq mübarizəsi qarşısında geri çəkilir. Qəddar düşmən tezliklə tam məğlub olacaq. Tarixi naqisliklərin, millətçilik bəlasının tör-töküntüləri Azərbaycan torpaqlarından süpürü­lüb atılacaq. Amma işğalçıların bizim torpaqlarımızda qoyduqları müdhiş “izlər” bundan sonrakı tarixdə çağdaş erməni vandalizminə şahidlik edəcək, bu əməlləri törədənləri lənətə tuş edəcək.

Bu gün o vəhşilikləri əks etdirən vandallıq mənzərələri göz qabağın­dadır. Sabah isə qalib Azərbaycan məğlub tərəfi ittiham edərkən qəddar erməni hərbçilərinin, siyasətçilərinin, barbar millətin nələr törətdiklərini dün­yaya göstərəcək, bəşəriyyətə onların əsl simasını tanıdacağıq.

Milli Məclisin deputatı, professor Anar İsgəndərli acı təəssüratını belə yekunlaşdırdı: “Zaman göstərdi ki, biz öz abırımıza büküldükcə, tarixi həqiqətləri dünyaya bəyan etmədikcə uduzmuşuq. Azərbaycan öz tarixi torpaqlarına tam sahib olandan, ərazi bütövlüyünü bərpa edəndən sonra ermənilərin 30 il ərzində torpaqları­mızda törətdikləri vəhşilikləri bütün dünyaya göstərəcək. Biz dünyanın humanizm ideyaları ilə paklaşıb-nəcibləşdiyi bir dövrdə insanlıq sima­sını itirmiş, ölülərdən də qisas almaq düşüncəsi ilə yaşayan ermənilərin dağıdıcı vəhşiliklərini tarixə, kitablara, sənədli filmlərə köçürəcəyik. Bu ona görə zəruridir ki, insan adını alçaldan vandalizm birdəfəlik tarixə gömülsün”.

Hazırladı: T. AYDINOĞLU, “Xalq qəzeti”

25 Oktyabr 2020 00:09 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə