Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Xarici İşlər naziri Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Vaşinqtona səfəri çərçivəsində oktyabrın 23-də Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiri­lib ki, görüşdə nazir Ceyhun Bayramov Ermənistan tərəfinin iki dəfə humanitar atəşkəsi pozduğunu, azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə davamlı atəşə tutduğunu və münaqişə zona­sından kənarda yerləşən şəhərləri və yaşayış məskənlərini raket hücumuna məruz qoyduğunu qeyd edib. Nazir, Ermənistan rəhbərliyinin münaqişənin diplomatik həllinin olmaması barədə bəyanatını həmsədrlərin diqqətinə çatdırıb.

Vurğulanıb ki, bütün bu addımlar və bəyanatlar Ermənistan tərəfinin dest­ruktiv siyasətini bir daha aydın şəkildə nümayiş etdirir.

25 Oktyabr 2020 00:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə