Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüş

Oktyabrın 23-də Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüşü baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiri­lib ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin son du­rumu, cəbhədəki vəziyyət, Ermənistan tərəfindən humanitar atəşkəs rejiminin pozulması, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıq­ların davam etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin humanitar atəşkəs rejimi­ni və beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq danışıqları məhv etdiyini, nəinki işğal altında olan Azərbaycan torpaqla­rından, habelə Ermənistan ərazisindən münaqişə zonasından uzaq məsafədə yerləşən Azərbaycanın şəhərlərinə raket zərbələri endirdiyini və üçüncü tərəfləri münaqişəyə cəlb etməyə çalışdığını vurğulayıb.

Spiker Nensi Pelosi regionda tezliklə döyüş əməliyyatlarının dayandırılmasına və humanitar atəşkəs rejiminin bərpa edilməsinə ümid etdiyini bildirib. Spiker, həmçinin münaqişəyə digər dövlətlərin müdaxilə etməməsinin və münaqişənin daha geniş vüsət almamasının vacib­liyini qeyd edib və danışıqların tezliklə bərpa edilərək ATƏT-in Minsk qrupu çərçivəsində davam etdiriləcəyinə ina­mını ifadə edib.

Görüşdə ikitərəfli münasibətlərin inkişaf dinamikası və narahatlıq doğu­ran digər məqamlar ətrafında da fikir mübadiləsi aparılıb.

25 Oktyabr 2020 00:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə