Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya XİN Gəncədə Artur Mayakovun həlak olması ilə əlaqədar “Twitter”də paylaşım edib

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Gəncədə Artur Mayakovun həlak olması ilə əlaqədar rəsmi “Twitter” səhifəsində paylaşım edib.

AZƏRTAC xəbər verib ki, məlumatda deyilir: “Oktyabrın 17-də raket hü­cumu nəticəsində yaralanaraq Gəncə şəhər xəstəxanasına gətirilmiş 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Vasilyeviç Mayakovun oktyabrın 24-də vəfat etməsi barədə Azərbaycanın hakimiyyət orqan­ları tərəfindən səfirliyə məlumat verilib. Səfirlik Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, mərhumun qohumları və yaxınları ilə əlaqə saxlayır, onlara lazım olan köməyi göstərir.

A.V.Mayakov oktyabrın 24-də Azərbaycan Respublikasının Gəncə şəhərində dəfn edilib. Dəfn mərasimində Gəncənin rus icması başçısının müavini İ.V.Kalaşnikova və Gəncədəki Aleksandr Nevski məbədinin keşişi Varfolomey Ata iştirak ediblər.

Səfirlik bu kədərli hadisə ilə əlaqədar mərhumun qohumlarına və yaxınlarına başsağlığı verir”.

25 Oktyabr 2020 00:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə