Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın haqq işi ərəb mətbuatında

Ərəb ölkələrinin nüfuzlu KİV-ləri Azərbaycanın haqq işi – öz torpaqlarını işğaldan azad etməsi barədə mate­riallar yaymaqda davam edir.

AZƏRTAC xəbər verir ki, geniş oxucu auditoriyası­na malik “Arabnews” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Ermənistanın son hərbi təxribatı” sərlövhəli məqaləsi dərc olunub. Yazıda Ermənistanın etnik təmizləmə siyasəti, Azərbaycanın işğal edilmiş ərazilərində məscidləri dağıtması və təhqir etməsi, döyüşlərdə Yaxın Şərq ölkələrindən gətirilmiş muzdlu əsgərlərdən istifadə etməsi, humanitar atəşkəs razılaşmalarını kobud şəkildə pozaraq Gəncə, Mingəçevir, Tərtər şəhərlərinə və digər yaşayış məntəqələrinə raket hücumu etməsi, dinc insanları qətlə yetirməsi barədə ətraflı məlumat verilir. Vurğulanır ki, İslam Əməkdaşlıq Təşkilatı işğalçı ölkənin bu əməllərini pisləyən və Azərbaycana dəstək ifadə edən bəyanatlar yayıb.

Azərbaycanın ədalətli mövqeyindən bəhs edən daha bir məqalə Misirin “Almasryalyoum” qəzetində dərc olunub. Müəllif qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev son müsahibələrində, guya, Dağlıq Qarabağda muzdlu əsgərlərin olması barədə xəbərləri qətiyyətlə təkzib edib və qüdrətli Azərbaycan Ordusunun heç kimin yardımına ehti­yacının olmadığını vurğulayıb. Məqalədə, həmçinin Ordu­muzun Zəngilan, Füzuli, Cəbrayıl rayonlarını azad etməsi, döyüş meydanında məğlub olan işğalçı Ermənistanın mülki obyektləri və yaşayış məntəqələrini hədəf almasından danışılır.

 

25 Oktyabr 2020 00:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə