• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskvada “Azərbaycanın payız hədiyyələri”

Moskvada “Azərbaycanın payız hədiyyələri”

Bu gün Rusiya paytaxtının mərkəzindəki Tver meydanında “Azərbaycanın payız hədiyyələri” festivalı başlayır. Bu barədə report.az saytı məlumat yayıb.
Məlumatda deyilir ki, Moskva sakinləri və Rusiya paytaxtının qonaqları beş gün ərzində – oktyabrın 21-dək Azərbaycanın zəngin tarixi, mədəniyyəti, mətbəxi və milli adət-ənənələri ilə tanış olmaq imkanı qazanacaqlar.
Festivalın qonaqları Azərbaycan təbiətinin müxtəlif hədiyyələrini – xurma, üzüm, nar, həmçinin qurudulmuş meyvə, qoz-fındıq, meyvə şirələri, mürəbbə, süd məhsulları, müxtəlif ədviyyatlar ala biləcəklər. Onlar milli şirniyyatlardan dadacaq və xüsusi açılmış “Çay evi”ndə əsl Şərq çay məclisindən zövq alacaqlar.
Bundan əlavə, Moskvanın ən yaxşı restoranlardan Azərbaycan mətbəxinin ənənəvi təamları – müxtəlif kabab növləri, dolma, qutab və s. təqdim olunacaq.
Festivalın qonaqlarına, həmçinin geniş suvenirlər, milli bəzək, toxuculuq məhsulları seçimi təqdim olunacaq. Eyni zamanda, mədəni proqram da nəzərdə tutulub. Belə ki, instrumental ansamblın, peşəkar rəqqaslar qrupunun, Xalq artisti Ənvər Sadıqovun “Qaytağı” qrupunun çıxışları festivala xüsusi bir rəng qatacaqdır. 
Festivalda balaca tamaşaçılar üçün nağıllar teatrı təşkil olunacaq və burada 
azyaşlılara ənənəvi uşaq ­tamaşaları göstəriləcək.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

16 Oktyabr 2018 23:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin