• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heç-heçə və böyük hesabla qələbə

Heç-heçə və böyük hesabla qələbə

Yunanıstanın Porto-Karras şəhərində davam edən şahmat üzrə klublararası Avropa Kuboku yarışının dördüncü turunda “Odlar Yurdu”nun kişi qrossmeysterləri (Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov, Nicat Abasov) İsrailin “Beer Şeva” klubu ilə matçda heç-heçə oynamış – 3:3, Zeynəb Məmmədyarova, Xanım Balacayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəliyevadan ibarət qadın kollektivimiz isə İtaliyanın “Kaissa” komandasına qalib gəlmişdir – 4:0.
Finişə üç tur qalmış kişilərin turnirində ilk üç yeri hərəyə 8 xala malik İtaliyanın “Padova”, Makedoniyanın “Alkaloid” komandaları və onlardan 1 xal geri qalan “Odlar Yurdu” tutur.
Qadınların yarışında ­turnir cədvəlinə 8 xalla “Nona” (Gürcüstan) və “Monte-Karlo” (Monako) başçılıq edirlər. “Odlar Yurdu”nun 4 xalı var.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

16 Oktyabr 2018 23:01 - İDMAN
İDMAN
17 Noyabr 2018 | 16:45
81-ci gedişdə heç-heçə
17 Noyabr 2018 | 16:32
Dostlar fəxri kürsüdə
16 Noyabr 2018 | 23:45
Beşinci “dinc” nəticə
16 Noyabr 2018 | 23:39
Runi məşqçi olmaq istəyir

Ən son xəbərləri səhifəmizdən də izləyin