Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan ordusunun pilotsuz uçuş aparatı vurulub

Oktyabrın 24-də saat 15.25 radələrində Ağdərə istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, gün ərzində cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi də Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vurulub.

24 Oktyabr 2020 16:32 -

Köhnə versiyamızdan xəbərləri izlə