• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yohannes Han: “Şərq tərəfdaşlığı” ölkələrinin növbəti sammiti 2020-ci ildə keçirilə bilər

Yohannes Han: “Şərq tərəfdaşlığı” ölkələrinin növbəti sammiti 2020-ci ildə keçirilə bilər

Avropa İttifaqının (Aİ) və “Şərq tərəfdaşlığı” proqramı ölkələrinin (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) növbəti sammiti 2020-ci ildə keçirilə bilər.
Trend-in məlumatına görə, bunu Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han Lüksemburqda Aİ-nin 6 ölkənin xarici işlər nazirləri ilə görüşünü şərh edərkən deyib.
Y.Han qeyd edib ki, sammit böyük ehtimalla 2020-ci ildə keçiriləcək: “Lakin biz bu məsələni hələ müzakirə edəcəyik”.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali komissarı ­Federika Mogerini isə bildirib ki, gələn il Aİ və “Şərq tərəfdaşlığı” ölkələri Brüsseldə proqramın 
10 illiyini qeyd edəcəklər: “Bu, sadiqliyimizi təsdiq etmək və 2019-cu ildə 10 illiyə hazırlaşmaq, həmçinin “2020-ci il üçün 20 gözlənilən nəticə” sənədinin reallaşdırılmasına yekun ­vurmaq üçün yaxşı imkandır”.

16 Oktyabr 2018 23:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin