• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 446    Bakı şəhəri, 15 oktyabr 2018-ci il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il  28 avqust tarixli 136 nömrəli, “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli, “Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 dekabr tarixli 377 nömrəli, “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə 
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 225 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA  ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 192, № 11, maddə 1184; 2008, № 6, maddə 587; 2010, № 12, maddə 1124; 2012, № 8, maddə 811; 2013, № 7, maddə 882, № 12, maddə 1633; 2014, № 2, maddə 201, № 6, maddə 736, № 8, maddə 1004; 2015, № 1, maddə 60, № 5, maddə 675, № 6, maddə 795, № 8, maddə 968, № 10, maddə 1237, № 12, maddə 1577; 2016, № 5, maddə 955, № 6, maddə 1190, № 12, maddə 2238; 2017, № 3, maddə 507, № 8, maddə 1602, № 12 (II kitab), maddə 2495; 2018, № 4, maddə 821) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilmə-sində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları” üzrə:
1.1.1. 2.2-ci bəndin birinci cümləsində “rayon (şəhər) kənd təsərrüfatı idarələri (bundan sonra – rayon (şəhər) kənd təsərrüfatı idarəsi)” sözləri “dövlət aqrar inkişaf mərkəzləri (bundan sonra - DAİM)” sözləri ilə, ikinci cümləsində “Rayon (şəhər) kənd təsərrüfatı idarəsi” sözləri “DAİM” abreviaturası ilə əvəz edilsin;
1.1.2. 2.3-cü, 2.4-cü, 3.6-cı, 3.7-ci, 4.6-cı və 4.7-ci bəndlərdə ismin müvafiq hallarında “rayon (şəhər) kənd təsərrüfatı idarələri” sözləri ismin müvafiq hallarında “DAİM” abreviaturası ilə əvəz edilsin;
1.1.3. 3.3-cü, 4.3-cü bəndlərdə, 5.3.1-ci, 5.3.2-ci, 5.3.3-cü, 5.4.1-ci, 5.5.3-cü yarımbəndlərdə, 5.5.4-cü yarımbəndin birinci və ikinci cümlələrində, 5.6-cı bəndin birinci cümləsində (hər iki halda), 5.7-ci və 6.1-ci bəndlərdə ismin müvafiq hallarında “rayon (şəhər) kənd təsərrüfatı idarəsi” sözləri ismin müvafiq hallarında “DAİM” abreviaturası ilə əvəz edilsin;
1.1.4. 3.4-cü, 3.5-ci, 4.4-cü, 4.5-ci bəndlərdə və 5.4.2-ci yarımbənddə “Rayon (şəhər) kənd təsərrüfatı idarəsi” sözləri “DAİM” abreviaturası ilə əvəz edilsin;
1.1.5. 5.8-ci bənddə “Rayon (şəhər) kənd təsərrüfatı idarəsinin” sözləri və “rayon (şəhər) kənd təsərrüfatı idarəsinə” sözləri ismin müvafiq hallarında “DAİM” abreviaturası ilə əvəz edilsin;
1.1.6. 6.3-cü bənddə “Kənd təsərrüfatı idarələrinin” sözləri “DAİM-in” abreviaturası ilə əvəz edilsin;
1.1.7. Qaydalara 3-9-cu, 11-13-cü və 15 nömrəli əlavələrdə “rayon (şəhər) kənd təsərrüfatı idarəsinin rəisi” sözləri “dövlət aqrar inkişaf mərkəzinin direktoru” sözləri ilə əvəz edilsin;
1.2. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları” üzrə:
1.2.1. 1.5-ci bənddə “rayon (şəhər) kənd təsərrüfatı idarələri (bundan sonra – rayon (şəhər) kənd təsərrüfatı idarəsi)” sözləri “dövlət aqrar inkişaf mərkəzləri (bundan sonra - DAİM)” sözləri ilə əvəz edilsin;
1.2.2. 1.6-cı bənddə “rayon (şəhər) kənd təsərrüfatı idarələrindən” sözləri “DAİM-dən” abreviaturası ilə əvəz edilsin;
1.2.3. 2.6-cı bəndin birinci cümləsində “rayon (şəhər) kənd təsərrüfatı idarəsinə” sözləri və ikinci cümləsində “Rayon (şəhər) kənd təsərrüfatı idarəsi” sözləri “DAİM” abreviaturası ilə əvəz edilsin;
1.2.4. 2.8-ci bənddə “rayon (şəhər) kənd təsərrüfatı idarəsi” sözləri “DAİM” abreviaturası ilə əvəz edilsin;
1.2.5. Qaydalara 3 nömrəli əlavədə “rayon (şəhər) kənd təsərrüfatı idarəsinin rəisi” sözləri “dövlət aqrar inkişaf mərkəzinin direktoru” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 150, № 4, maddələr 282, 293, № 8, maddələr 674, 675, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə 1040; 2011, № 1, maddə 54, № 5, maddə 447, № 9, maddə 855; 2012, № 5, maddə 475, № 8, maddə 817, № 10, maddə 1028, № 11, maddə 1204, № 12, maddələr 1363, 1388; 2013, № 1, maddə 73, № 8, maddələr 1015, 1038, № 10, maddə 1219; 2014, № 1, maddə 69, № 3, maddə 312, № 6, maddə 736, № 7, maddə 918, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 612, № 6, maddə 799, № 11, maddə 1413; 2016, № 2  (II kitab), maddə 381, № 4, maddələr 781, 831, № 5, maddə 955,  № 7, maddə 1342, № 8, maddələr 1439, 1450, № 9, maddələr 1583, 1585, 1588, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 283, 295, 310, № 5, maddə 972, № 8, maddə 1610, № 10, maddə 1920; 2018, № 2, maddə 335, № 3, maddələr 577, 626, № 7 (II kitab), maddə 1654; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 oktyabr tarixli 427 nömrəli qərarı) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 8.4.1-ci yarımbəndində “rayon və şəhər kənd təsərrüfatı idarələri” sözləri “dövlət aqrar inkişaf mərkəzləri” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddə 605, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912, № 11, maddə 1040; 2011, № 1, maddə 66, № 5, maddə 446, № 9, maddələr 856, 862; 2012, № 5, maddə 479, № 8, maddə 818, № 10, maddə 1027, № 11, maddə 1205; 2013, № 1, maddə 74, № 8, maddələr 1014, 1037; 2014, № 1, maddə 69, № 3, maddə 313, № 6, maddə 736,  № 7, maddə 919, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 611, № 6, maddə 800, № 11, maddə 1414; 2016, № 1, maddə 171, № 2 (II kitab), maddə 382, № 3, maddə 608, № 4, maddələr 782, 831, № 5, maddə 955, № 7, maddə 1343, № 8, maddələr 1440, 1450, № 9, maddələr 1584, 1585, 1587, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 282, 296, 311, № 5, maddə 972, № 8, maddə 1611, № 10, maddələr 1921, 1922, № 11, maddə 2186; 2018, № 2 maddə 336, № 3, maddələr 578, 625, 631, № 7 (II kitab), maddə 1655; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 oktyabr tarixli 427 nömrəli qərarı) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda “Rayon və şəhər kənd təsərrüfatı idarələri” sözləri “Dövlət aqrar inkişaf mərkəzləri” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 8 dekabr tarixli 377 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1575; 2017, № 8, maddə 1629) ilə təsdiq edilmiş “Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları”nın 4.1-ci bəndinin ikinci cümləsində “rayon (şəhər) kənd təsərrüfatı idarəsinin” sözləri “dövlət aqrar inkişaf mərkəzinin” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 165; 2018, № 4, maddə 829) ilə təsdiq edilmiş “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 3.7-ci bənddə, 4.4-cü bəndin ikinci cümləsində və 4.6-cı bənddə “rayon (şəhər) idarəsinin” sözləri “dövlət aqrar inkişaf mərkəzinin” sözləri ilə əvəz edilsin;
5.2. 5.1-ci bəndin üçüncü abzasında “rayon (şəhər) kənd təsərrüfatı idarəsinin rəisi” sözləri “dövlət aqrar inkişaf mərkəzinin direktoru” sözləri ilə və beşinci abzasında “rayon (şəhər) kənd təsərrüfatı idarəsinin” sözləri “dövlət aqrar inkişaf mərkəzinin” sözləri ilə əvəz edilsin;
5.3. 5.3-cü bənddə “rayon (şəhər) kənd təsərrüfatı idarəsi rəisinin” sözləri “dövlət aqrar inkişaf mərkəzinin direktorunun” sözləri ilə, “idarənin” sözü “mərkəzin” sözü ilə əvəz edilsin;
5.4. 7.3-cü bənddə “rayon kənd təsərrüfatı idarəsinə” sözləri “dövlət aqrar inkişaf mərkəzinə” sözləri ilə əvəz edilsin;
5.5. Qaydaya 10 nömrəli əlavədə “rayon kənd təsərrüfatı idarəsinin” sözləri “dövlət aqrar inkişaf mərkəzinin” sözləri ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

17 Oktyabr 2018 08:00 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin