Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qırğızıstan portalları ərazilərimizin işğaldan azad olunması ilə bağlı məqalələr yerləşdirib

Qırğızıstanın “goldenbridgenews.com” və “turktoday.info” portalları ərazilərimizin Ermənistan işğalından azad olunması ilə bağlı AZƏRTAC-ın materiallarını yerləşdirib.

Portallar Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəsmi “Twitter” səhifəsinə istinadla yazır ki, Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini, Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad edib.

Saytlar Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsini də tam olaraq verib.

Portallar yazır ki, iyirmi beş illik fasilədən sonra BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair 29 sentyabr və 19 oktyabr tarixlərində müzakirələr keçirilib. Saytlar Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin müzakirələrə dair şərhini də çap edib. Şərhdə deyilir: “Təəssüf hissi ilə qeyd etmək istərdik ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olmasına baxmayaraq, BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar sonuncu müzakirələr 1995-ci ildə keçirilib”.

24 Oktyabr 2020 09:46 - SİYASƏT
SİYASƏT
25 Noyabr 2020 | 03:39
Xilaskar prezident

Köhnə versiyamızdan xəbərləri izlə