Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi: Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasdır və yüksək dəyərə malikdir

Bu yaxınlarda atəşkəs razılaşmasının pozulması və Dağlıq Qarabağ bölgəsində gərginliyin artmasının regional sülh və sabitliyə ciddi təhlükə törətməsi ilə əlaqədar dərin narahatlığımı bölüşmək istəyirəm. Həmçinin, Azərbaycan Respublikasının hökumətinə, azərbaycanlı bacı və qardaşlarımıza, xüsusən də öz vətənini və xalqını müdafiə yolunda həyatlarını qurban verən qəhrəman əsgərlərin, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı ifadə edirəm. Eləcə də Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən Gəncə şəhərinin günahsız mülki əhalisinə qarşı son hücumlarla beynəlxalq humanitar hüququn pozulmasından dərin narahatlığımı bildirirəm.

İBunu qtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Hadi Süleymanpur Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – icra katibi Əli Əhmədova ünvanladığı məktubda bildirib.

O qeyd edib ki,regional iqtisadi təşkilat olaraq və özünün Azərbaycan Respublikası kimi ən vacib üzvlərindən biri olan İqtisadi Əməkdaşlıq Təşkilatı dayanıqlı sosial-iqtisadi hədəflərə çatmaq naminə regionda sülh və sabitliyin əhəmiyyətini tam dərk edir. Bu məqsədlə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasdır və yüksək dəyərə malikdir.

23 Oktyabr 2020 16:55 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə