Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir Ramin Quluzadə İran səfirinə Ermənistanın təcavüzkar siyasətindən danışıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəviyə Ermənistanın təcavüzkar siyasəti barədə məlumat verib.

Nazirlikdən bildirilib ki, görüşdə ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən nazir ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı R.Quluzadə oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi və Ağbənd sərhəd zastavasının işğaldan azad edilməsi ilə Azərbaycan və İran dövlət sərhədinin tam nəzarətə götürülməsini diqqətə çatdırıb. Bu münasibətlə İran dövlətini və xalqını təbrik edib. Öz növbəsində səfir də Azərbaycan xalqına təbriklərini çatdırıb.

Nazir, həmçinin səfirə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları, təcavüzkar siyasəti, mülki əhaliyə və mülki obyektlərə raket zərbələri endirərək törətdiyi hərbi və müharibə cinayətləri barədə məlumat verib.

Görüşdə iki ölkə arasında nəqliyyat, İKT və poçt sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

23 Oktyabr 2020 16:29 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə