Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyalı hərbi ekspert Vladislav Şurıgin: Rusiya bu savaşa müdaxilə etməyəcək

Rusiyalı hərbi ekspert Vladislav Şurıgin  öz “Feysbuk” səhifəsində  paylaşım edərək bildirib:

– Bu günlərdə təxminən bir saat pilotsuz uçan aparatların videosuna baxdım. Bu, sadəcə, adi qırğındır. Onlarla yox, yüzlərlə hücumdur. Artıq heç bir əhəmiyyətli komanda məntəqəsi, anbar, artilleriya mövqeyi, tanklar yoxdur. İndi ov 3-5 əsgər qruplarına qarşı gedir. Havada tam hökmranlıq var.

Baxdığım bu videoda ölənlər, sadəcə, yüzlərlədir. Paşinyanın total səfərbərlik çağırışı yalnız öz əsgərlərinin məhv edilməsidir. O, ya qeyri-adekvatdır, ya da sadəcə ikiüzlü avantüristdir. Atəşkəs və danışıqlar lazımdır. Ermənistanı Qarabağda tam məhvdən xilas edəcək yeganə şey budur.

Qarabağa Rusiya desantı arzuları, sadəcə, murdar insanın hallüsinasiyasıdır. Rusiya bu savaşa müdaxilə etməyəcək. Arzu etməyin.

Bundan əvvəl isə V.Şurıgin bildirmişdi: “ Rusiya – Ermənistan münasibətlərinin soyumasının davam etməsinə mən kifayət qədər sakit yanaşıram, çünki Ermənistanın bizim üçün ən mənasız müttəfiq olduğunu düşünürəm. Belə olan halda isə Ermənistan öz geosiyasi mövqeyini ciddi şəkildə yenidən nəzərdən keçirmək məcburiyyətində qalacaq. Ən azından, Azərbaycandan işğal etdiklərini geri qaytarmalı olacaq”.

R.TAHİR,
“Xalq qəzeti”

23 Oktyabr 2020 14:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Noyabr 2020 | 00:42
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə