Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımızın qalibiyyət əhval-ruhiyyəsi yüksəlib

Bu sevinci Ali Baş Komandan və rəşadətli ordumuz bəxş edib

Hərbi-texniki təchizat, kadr potensialı, eyni zamanda, ruh yüksəkliyi və mənəvi psixoloji vəziyyət baxımından Azərbaycan Ordusu erməni ordusundan dəfələrlə üstün vəziyyətdədir. Belə ki, məğlubiyyəti ilə barışmaq istəməyən, cəbhədə əldən verdiyi strateji mövqelərin, sarsıdıcı itkilərinin əvəzini dinc sakinləri qətlə yetirməklə, yaşayış obyektlərini qadağan olunmuş silahlarla darmadağın etməklə çıxmağa çalışan işğalçı ordu müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında aciz duruma düşdüyünü açıq etiraf edir. Bu gün aparılan döyüşlərdə Azərbaycan Ordusu mütləq üstünlüyə malik olmaqla bərabər, düşmənin hərbi texnikası böyük dərəcədə məhv edilmiş və eyni zamanda, hərbi qənimət kimi götürülmüşdür.

Bütövlükdə, sentyabrın 27-dən bu günə qədər Ermənistan Ordusuna əhəmiyyətli zərbə vuruldu. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda şanlı üçrəngli bayrağımız dalğalanır. Bu gün Azərbaycan əsgərləri bizim işğal edilmiş torpaqlarda ermənilərin qazdıqları səngərlərində, postlarında, tanklarında keşik çəkirlər. Qənimət kimi götürülmüş  hərbi texnika, tanklar indi döyüş meydanında onların özlərinə qarşı  tuşlanıb. Budur  Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və ordumuzun üstünlüyü. Eyni zamanda, erməni tərəfinin alçaldılmış vəziyyətdə olması da aydındır. Belə ki, illər ərzində qürrələndikləri, özlərinin yaratdığı, yalnız özlərinin indandığı və lovğalandığı “məğlubedilməz ordu” mifini bu gün  qorxmaz Azərbaycan oğulları yerlə yeksan edir.

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək texnologiya və müasir texnikalarla təchiz olunub, əsgər və zabitlər müasir taktika və təlimlərə yiyələnib. Bu müharibəni hətta yüksək texnologiyalar müharibəsi adlandırırlar. Əldə olunan hərbi qələbələrin əsasında Prezident İlham Əliyevin rəhbərliyi və uzun illərdir ki, gərgin zəhməti ilə formalaşmış, ən son texnoloji silahlarla təchiz edilmiş müasir ordu dayanır. Azərbaycan Ordusu hazırda silhlanmanın ən müasir tətbiqi olan “5-ci nəsil müharibəsi” əsasında hərbi əməliyyatlar aparır. “Minimum itki, maksimum nəticə” prinsipi ilə döyüşən Azərbaycan Ordusunun yeni müharibə srategiyası əsgərlərimizin həyatının daha çox qorunmasına, düşmənə bir daha özünə gəlməyə imkan verməyən sarsıdıcı zərbələr vurulmasına imkan verir. Ordumuzun zəfər yürüşü bir daha təsdiq etdi ki, 15 il müddətində ölkəmizin hərbi büdcəsi uzaqgörənliklə yüksələn xətt üzrə məqsədyönlü şəkildə artırılıb. Bu dövr ərzində Azərbaycan xalqı da hərbi büdcəsinin artmasına öz dəstəyini və töhfəsini verib. Bu kimi addımlar bu gün sözdə deyil, əməldə də öz bəhrəsini verir. Müasir döyüş texnikasında Azərbaycan standartları yaranır və Azərbaycan Ordusunun müasir döyüş strategiyasına hərbi aləmdə yeni təcrübə kimi yanaşılır. Şübhəsiz ki, bütün bu prosesə, zəfər yürüşünə peşəkarlıqla liderlik edən Ali Baş Komandandır. Bunun da təməlində qələbəyə inanan, uzun illərdir intizarında olduğumuz Böyük Zəfərin əldə edilməsi üçün dövlətimizə, rəşadətli ordumuza, Ali Baş Komandanımıza dəstək verən xalqımızın böyük ruh yüksəkliyi, milli vəhdəti dayanır. Ordumuzun ən müasir silahlarla təchizatı, döyüş imkanları, peşəkarlıq səviyyəsi və qələbə əzmi o səviyyədədir ki, Ali Baş Komandanın bütün döyüş tapşırıqları uğurla icra olunur. 

Prezident İlham Əliyev bir daha sözünün imzası qədər əhəmiyyətli olduğunu, ədalət deyilən məfhumun varlığını əyani olaraq bütün dünyaya göstərir. İndiki dövrdə də istər döyüş meydanında qələbələr qazanmağımız, istərsə də bugünlər ərzində bütün ölkələrlə siyasi danışıqlarda haqlı mövqeyimizi çatdıra bilməyimiz Prezident İlham Əliyevin siyasi xadim kimi müdrik fəaliyyəti, ötən dövr ərzində Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsi, xalqın ona inamının nəticəsidir. Bu gün müstəqil Azərbaycanımız qələbə ovqatına köklənib. Rəşadətli ordumuzun qazandığı parlaq zəfərlər, Füzuli, Cəbrayıl, Zəngilan rayonları, Xocavənd, Hadrut, Mincivan  qəsəbələri, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, 150 yə yaxın  kənd və strateji yüksəkliyin azad edilməsi xalqımızın qalibiyyət əhval-ruhiyyəsini yüksəldib.

Şəbnəm HƏSƏNOVA,
politoloq

23 Oktyabr 2020 11:11 - SİYASƏT
SİYASƏT
25 Noyabr 2020 | 03:39
Xilaskar prezident

Köhnə versiyamızdan xəbərləri izlə