Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hacı Bədəl körpüsü

Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Mədəniyyət Nazirliyindən  bildirilib ki, layihə çərçivəsində Hacı Bədəl körpüsünə məxsusi yer verilib. Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü XIX əsrdə Hacı Bədəl tərəfindən Ağa çayı üzərində tikilmişdir.

15 kəndin rayon mərkəzi ilə əlaqəsini təmin edən bu tarixi abidənin indiki vəziyyəti Qubadlının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı səbəbindən məlum deyil. Hazırdada  şanlı ordumuz  Qubadlının işğaldan  azad edilməsi uğrunda  döyüşləri davam etdirir.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayımlanır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

23 Oktyabr 2020 11:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə