Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daxili İşlər Nazirliyi ölkə əhalisinə müraciət edib

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) daim terror siyasəti yürüdən Ermənistanın törədə biləcəyi yeni təxribatlarla əlaqədar respublikamızın əhalisinə müraciət edib.

DİN-in mətbuat xidmətindən  bildiriblər ki, müraciətdə Ermənistanın terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil etdiyi vurğulanıb: “Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal 102 Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın.

Düşmənin məkrli olduğunu unutmayaq! Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq! Qarabağ Azərbaycandır!”.

23 Oktyabr 2020 10:56 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə