Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BDU-dan silahlı qüvvələrə yardım

Müzəffər Ordumuzun şanlı qələbələri hər birimizi sevindirməkdə davam edir. Hər gün cəbhədən yeni xəbərlər alırıq. İşğal altlnda olan torpaqlarımızın azad edilməsi 30 illik yaramıza məlhəm olur. Bu gün hər bir azərbaycanlının ürəyi qüdrətli  ordumuzla bir döyünür, böyük qələbənin qazanılması üçün əllərindən  gələni etməyə çalışırlar. Orduya dəstəyi mənəvi borc hesab edərək Silahlı  Qüvvələrimizə ardıcıl olaraq təşkilatlardan, qurumlardan, ayrı-ayrı vətəndaşlardan yardımlar olunur. Cəbhəyə edilən hər yardım döyüşən ordumuza və bütün xalqımıza ruh yüksəkliyi gətirir.

Bu günlərdə ölkəmizin ən böyük universitetlərindən biri olan Bakı Dövlət Universitetindən də Silalı Qüvvələrə ardıcıl yardımlar davam edir. Belə ki, BDU-nun Elmi Şurasının qərarı ilə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna universitetin büdcəsindən 200 min manat vəsait köçürülmüşdür. Bundan sonra BDU-nun əməkdaşları da fərdi qaydada, könüllü şəkildə aylıq əməkhaqlarından müəyyən miqdarda vəsaitin Azərbaycan Silahlı Qüvvələrinin yardım Fonduna köçürülməsi üçün müraciət etmişlər. Universitet əməkdaşlarının müraciətləri əsasında toplanan 273 656 manat vəsait də yardım fonduna köçürülmüşdür.

Bununla da BDU-nun Azərbaycan Silahlı Qüvvələrin Yardım Fonduna köçürdüyü vəsait ümumiikdə  473 656 manat olmuşdur.

BDU ailəsi ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə igid əsgər və zabitlərimizin tezliklə işğal altında olan bütün ərazilərimizi işğaldan azad edəcəklərinə əmin olduqlarını bildirir və yeni zəfərlər arzu edirlər.

Yaşasın müzəffər Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 Oktyabr 2020 10:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə