Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

163 min şəxsə e-qaydada fərdi hesab açılıb

2020-ci ilin 9 ayında 163 min şəxsə avtomatik olaraq sosial sığorta nömrəsi (SSN) verilib və elektron qaydada fərdi hesab açılıb.

Bununla da həmin şəxsin  fərdi uçot sistemində fərdi şəxsi hesabı formalaşıb və fərdi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edib.

İlk dəfə əmək müqaviləsi ilə işə qəbul olunan şəxslərə avtomatik qaydada sosial sığorta nömrəsinin (SSN) açılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin proaktiv xidmətlərindən biridir. Bu xidmət vətəndaşa heç bir yerə müraciət etmədən, əmək müqaviləsi bildirişi qeydə alındıqda real vaxt rejimində təqdim olunur.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 Oktyabr 2020 10:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə