• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi magistral avtomobil yollarının istismarı MMC-ləri üçün ofis binaları və depoların tikintisi məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi magistral avtomobil yollarının istismarı MMC-ləri üçün ofis binaları və depoların tikintisi məqsədilə AÇIQ TENDER ELAN EDİR

“Azərbaycan Magistral Avtomobil 
Yolu - 3” Layihəsi
BYİB Borc sazişləri 7889 AZ və 8602 AZ, BİA Krediti 4723 AZ
NCB 03

1. Azərbaycan Hökuməti “Azərbaycan Magistral Avtomobil Yolu-3” layihəsi üçün Dünya Bankından kredit vəsaiti almış və həmin vəsaitin bir hissəsini aşağıda qeyd olunan müqavilələrin icrası məqsədilə sərf etmək niyyətindədir:
Lot-1.4 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC üçün baş ofis və depoların tikintisi. 
Lot -2. 2 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC üçün baş ofis və depoların tikintisi.
Lot -3. 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC üçün depoların tikintisi.
Bu müqavilələr Azərbaycan Hökuməti ilə birgə maliyyələşdiriləcəkdir. 
2. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hazırda “Magistral avtomobil yollarının istismarı” MMC-ləri üçün ofis binalarının və depoların tikintisi” lot -1, 4 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC üçün baş ofis və depoların tikintisi; 
-lot- 2, 2 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC üçün baş ofis və depoların tikintisi;
- lot -3, 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC üçün depoların tikintisi məqsədilə tələb olunan ixtisas meyarlarına cavab verən iştirak hüququ olan iddiaçıları möhürlənmiş tender təkliflərini təqdim etməyə dəvət edir. 
2, 3 və 4 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC-ləri üçün binaların tikiləcəyi 9 ayrıca sahə mövcuddur. Bu sahələr baş ofis və depolar kimi təsnifatlaşdırılır. Bir ərazidə paralel olaraq baş ofis və depoların tikintisi nəzərdə tutulmuşdur. Bir neçə sahədə müəyyən tikililər və binalar da mövcuddur ki, onlar təmir-tikinti işlərindən sonra istifadəyə yararlı ola biləcəklər. Baş ofis üçün binalar istismar işlərinə inzibati və icraedici mərkəzlər kimi fəaliyyət göstərəcəklər. MYİ MMC-lərin depoları yol təmiri işləri üçün istifadə olunan xidməti maşın və avadanlıqların saxlanılması və təmiri məqsədilə nəzərdə tutulmuşdur. Depolar eyni zamanda yolların qış istismarı üçün duz və çınqıl materiallarının və əvəzedici baryer ehtiyatının toplanılmasından ötrü anbar kimi istifadə olunacaqdır. Depo sahələri həmçinin yol -istismar işləri və icra edilən xidmətlərə yerində nəzarət etmək məqsədilə bir-mərtəbəli, yarım ofis binalarla təchiz ediləcəkdir. 
Hər bir Lot üzrə ofis və depo binalarının yerləşdiyi ərazilər: 
Lot -1, 4 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC üçün baş ofis və depoların tikintisi;
- Aşağı Güzdək və Abşeron (baş ofis və depo);
-Pirsaatçay və Şamaxı (depo);
- Girdimançay və Ağsu (depo);
Lot-2, 2 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC üçün baş ofis və depoların tikintisi;
- Qobustan və Qaradağ (baş ofis);
- Ələt və Qaradağ (depo);
- Padar və Hacıqabul (depo);
- M2 avtomobil yolunun 251-ci kilometri və Ucar (depo);
Lot -3, 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC üçün depoların tikintisi.
- Borsunlu və Goranboy (depo);
- Dəllər və Şəmkir (depo).
Hər bir Lot üçün obyektlərin və tikililərin ümumi sahəsi: 
- Lot -1, 4 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC üçün baş ofis və depoların tikintisi – 3.3 hektar /4072 m2;
- Lot -2, 2 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC üçün baş ofis və depoların tikintisi – 3.4 hektar /4103 m2;
- Lot -3, 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC üçün depoların tikintisi – 2.1 hektar /2446 m2;
Tikinti müddəti 210 gündür. 
3. Tender Dünya Bankının “BYİB və BİA kreditləri və qrantları çərçivəsində malların, işlərin və qeyri-məsləhət xidmətlərinin satınalınması” təlimatlarında (satınalma təlimatları, 2014-cü ilin iyul ayında dəyişikliklər edilən nəşri) qeyd olunan milli rəqabətli tender əsasında keçiriləcək və satınalma təlimatlarında müəyyənləşdirildiyi kimi iştirak hüququ olan bütün iddiaçılar üçün açıqdır. Əlavə olaraq iddiaçılar həmin satınalma təlimatlarında dünya bankının maraqlarının ziddiyyəti ilə bağlı siyasətini əks etdirən 1.6 və 1.7-ci bəndlərə diqqət yetirməlidirlər. 
4. Tenderdə iştirak hüququ və marağı olan iddiaçılar əlavə məlumat əldə etmək üçün AAYDA-ya və tenderin şərtlər toplusu ilə tanış olmaqdan ötrü iş günləri saat 10.00-dan 17.00-dək aşağıdakı ünvana müraciət edə bilərlər.
5. Tender şərtlərinin ingilis dilindəki toplusu iştirak hüququ və marağı olan iddiaçılar tərəfindən aşağıdakı ünvana rəsmi qaydada müraciət təqdim olunduqdan, 300 manat və ya 170 ABŞ dolları məbləğində geri qaytarılmayan məbləğ ödənildikdən sonra əldə edilə bilər. Ödəniş bank vasitəsi ilə aşağıdakı hesaba köçürülməlidir:
Benefisiar: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
 VÖEN.: 9900013141
Bank: “Kapital Bank” ASC-nin Nəsimi filialı 
SWIFT: AIIBAZ2X
M\h: AZ69AIIB38050019441801833111 AZN
AZ59AIIB38150018401801833111 ABŞ dolları 
Bankın VÖEN-i: 9900003611
Geri qaytarılmayan məbləğin ödənişinə görə müvafiq sənəd təqdim edildikdən sonra sənədlərin çap olunmuş variantı iddiaçının səlahiyyətli nümayəndəsi və ya iddiaçı tərəfindən kuryer xidməti vasitəsilə həmin ünvandan əldə edilə bilər. Sənədlərin itirilməsi və ya gec çatdırılması ilə bağlı AAYDA heç bir cavabdehlik daşımır. 
6. Tender təklifləri 21 noyabr 2018-ci il saat 17.00-dan gec olmayaraq aşağıdakı ünvana təqdim edilməlidir. Təkliflərin elektron qaydada təqdimatına icazə verilmir. Gecikən təkliflər qəbul olunmayacaqdır. Tender təklifləri 21 noyabr 2018-ci il saat 17.00-da tender komissiyasının və təkliflərin açılışında iştirak etməyi seçən iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə aşağıdakı ünvanda açılacaqdır.
7. İştirak haqqı aşağıdakı kimidir:
- İştirak haqqı Lot -1 və Lot -2 üçün hər birinə 50 000 manat və Lot -3 üçün isə 30 000 manatdır. 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi idarə heyətinin sədri Saleh Məmmədov.
Azərbaycan, Bakı AZ1117, Biləcəri qəsəbəsi, R. İsmayılov küçəsi, 2025-ci məhəllə, telefon: (+994 12) 499 79 02,faks: (+994 12) 499 79 44.
Elektron ünvan: [email protected] 
Surəti: [email protected] 

16 Oktyabr 2018 22:52 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
16 Noyabr 2018 | 23:51
Kapital Bank
16 Noyabr 2018 | 23:46
B İ LD İ R İ Ş
16 Noyabr 2018 | 00:05
Bid for the Construction
16 Noyabr 2018 | 00:05
B İ L D İ R İ Ş
16 Noyabr 2018 | 00:05
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin