Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Prezidenti: Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür

Qarabağdakı münaqişənin həllində Rusiyadan çox heç kim maraqlı deyil.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" diskussiya klubunun iclasında bildirib.

Prezident deyib ki, bizim üçün bu, xüsusi vəziyyətdir. 1992-ci ildə yaradılmış qrupun həmsədrləri kimi Rusiya, Fransa və ABŞ-ın üzərinə məsuliyyət düşür. “Mən 100 faiz əminəm ki, prosesin bütün iştirakçıları vəziyyətin tənzimlənməsinə səmimiyyətlə can atırlar, lakin Rusiya kimi heç kim bunda maraqlı deyil”, - deyə Vladimir Putin vurğulayıb.

Prezident qeyd edib ki, Azərbaycan və Ermənistan Rusiya üçün bərabər tərəfdaşlardır. O, Dağlıq Qarabağla bağlı kompromis tapmağı çox istədiyini qeyd edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

23 Oktyabr 2020 09:07 -

Köhnə versiyamızdan xəbərləri izlə