Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Gəncə şəhərində son günlərdə yaşayış binalarına edilmiş hücum nəticəsində, habelə Dağlıq Qarabağ­dakı hərbi əməliyyatlarda həyatını itirmiş insanların yaxınlarına və zərər çəkmiş şəxslərə dərin hüznlə başsağlığı vermək istərdik. Mülki insanlara qarşı yönəlmiş bütün qanunsuz hərəkətləri qınayırıq.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın BMT tərəfindən qəbul edilmiş ərazi bütövlüyü çərçivəsində dərhal icra edilməlidir.

Cənab Prezident, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyber­qa, İsmail Serageldin və Mərkəzin baş katibi Dağlıq Qarabağla bağlı təbliğat işləri aparmaq məqsədilə hər həftə beynəlxalq səviyyədə tanınmış şəxslərin və alimlərin bir araya toplaşdığı veb-konfrans təşkil edirlər.

Bir-birimizə hörmətlə yanaşdığımız Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sizin dostlarınızın bir araya gəldiyi ailədir.

Cənab Prezident, Sizə yüksək hörmət və ehtira­mımızı bildiririk.

Oskar RİBAS REYQ,
1982-1984, 1990-1994-cü illərdə Andorranın Baş Naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Musa MARA,
2014-2015-ci illərdə Malinin Baş Naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

23 Oktyabr 2020 03:19 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə