Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsrailin səfiri Gəncədə erməni terrorunun acı nəticələrinə şahidlik edib

Oktyabrın 22-də İsrailin ölkəmizdəki səfiri Corc Dik Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsini ballistik raketlərdən atəşə tutması nəticəsində dağılan evlərə və mülki obyektlərə baxıb, erməni terrorunun acı nəticələrinə şahidlik edib.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, səfirə məlumat verilərkən sentyabrın 27-də mülki əhaliyə qarşı hərbi təxribata əl atan Ermənistan silahlı qüvvələrinin Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, infrastruktu­ru, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən intensiv atəşə tutaraq mülki obyektlərə ciddi ziyan vurduğu bildirilib.

Qeyd edilib ki, oktyabrın 11-də düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – SCUD raketlərindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 40-dək insan yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Oktyabrın 17-də isə gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsi yenidən ballistik raket atəşinə tutulub. Nəticədə 14 nəfər həlak olub, 50-dən artıq şəxs yarala­nıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

İsrailli diplomat erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış yaşayış binalarının ətrafına gül düzüb.

Corc Dik sonra ermənilərin dinc sakinlərin yaşadığı məntəqələrə atdığı raket zərbələri nəticəsində evləri dağılmış və müvəqqəti olaraq yataqxanada məskunlaşmış sakinlərlə görüşüb.

Səfir erməni terrorundan zərərçəkən sakinlərlə söhbət edib, yaşayış şəraitləri ilə tanış olub.

23 Oktyabr 2020 03:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Noyabr 2020 | 13:59
Əfsanəvi Maradona vəfat etdi

Köhnə versiyamızdan xəbərləri izlə