Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

XİN: Müharibə cinayətlərinə görə bütün məsuliyyəti daşıyan Ermənistan XİN-in bəyanatında beynəlxalq humanitar hüquqa istinad edilməsi riyakarlıqdan başqa bir şey deyil

Ermənistanın Xarici İşlər Nazirliyinin bu ölkənin baş nazirinin “münaqişənin diploma­tik həlli olmadığını” vurğulayan son açıqla­masına münasibətdə Ermənistanın mövqeyi­ni “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, məhz Ermənistanın Azərbaycana qarşı müharibə baş­latdığını, Dağlıq Qarabağ və ətraf yeddi rayonu əhatə edən Azərbaycan ərazilərini təxminən 30 ildir işğal altında saxladığını, öz doğma yurdla­rından zorla qovulmuş bir milyonadək məcburi köçkünün əsas insan hüquqlarını kobud şəkildə pozduğunu xatırlatmaq istərdik. Ermənistanın sentyabrın 27-dən bəri Azərbaycana qarşı əl at­dığı yeni təcavüzü beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyaları da daxil olmaqla, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması ilə müşayiət olunur.

Müharibə zamanı törətdiyi dəhşətli cinayətlərə, o cümlədən humanitar atəşkəsi kobud şəkildə pozaraq yalnız cəbhə bölgəsində deyil, həm də münaqişə bölgəsindən çox uzaqda olan dinc əhalini və mülki infrastrukturlarını qəsdən atəşə tutmaqla törətdiyi son müharibə cinayətlərinə və insanlığa qarşı cinayətlərə görə bütün məsuliyyəti daşıyan Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatında beynəlxalq humanitar hüquqa istinad edilməsi riyakarlıqdan başqa bir şey deyil.

Ermənistan yanlış bəyanatlar verməklə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən əl çəkməlidir. Mövcud reallıq açıq-aydındır - Ermənistan işğalçılıq siyasətindən əl çəkməli, qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı və münaqişənin danı­şıqlar yolu ilə həllinə başlamalıdır. Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu ölkənin gərginliyin artması və qan tökülməsinin qarşısını almaq şansı bir o qədər çox olar.

23 Oktyabr 2020 03:14 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə