• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransada daşqın 13 nəfərin həyatına son qoyub

Fransada daşqın 13 nəfərin həyatına son qoyub

Fransanın cənubunda Od departamentində bir neçə saat ərzində üç aylıq norma miqdarında yağış yağıb.
Nəticədə çaylarda suyun səviyyəsi normadan 7 metr qalxıb və daşqınla nəticələnib. On minlərlə ev su altında qalıb. Xilasedicilərin işinə güclü külək mane olub. Küləyin sürəti saatda 100 kilometrə çatıb. Daşqın nəticəsində 13 nəfər həlak olub. Onlarca insan xəsarət alıb.
Fransanın Baş naziri Eduard Filipp daşqın baş vermiş rayonları təbii fəlakət zonası elan edib.
Treb şəhərində vəziyyət daha da gərgindir. Şəhərin küçələrini su basıb. Xilasedicilərin sözlərinə görə, həlak olanların və xəsarət alanların sayı arta bilər.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

 

16 Oktyabr 2018 22:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin