Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Dövlət Universiteti universitetin 2 saylı tədris binasının əsaslı təmiri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.

Lot-1 . Universitetin 2 saylı tədris binasının əsaslı təmiri ilə bağlı layihə-smeta sənədlərinin hazırlan­ması işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini elektron qaydada təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün iddiaçı qismində xüsusi lisenziya almış, analoji işlərdə böyük təcrübəsi olan, dövlət orqanları tərəfindən məhkəməyə cəlb olunmayan, dövriyyəsi hazırkı fəaliyyət dövründə mövcud olan və ötən ilin mənfəət bəyannaməsi əldə etmiş müəssisələr tenderdə iştirak edə bilərlər. Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

İştirak haqqı 300 (üç yüz) manatdır.

Telefon- 012 538 51 21

Əlaqələndirici şəxs – İlhamə Aslanova.

İddiaçılar iştirak haqqını aşağıda­kı hesaba köçürməlidirlər:

“Bakı Dövlət Universiteti” PHŞ

Ünvan- Bakı şəhəri, Z.Xəlilov küçəsi 33.

H/h- AZ32AIIB 33070019443307872103

VÖEN- 1300489621

“Kapital Bank” ASC-nin 1 saylı Yasamal filialı

Kod- 200037

VÖEN- 9900003611

M/h- AZ37NABZ 01350100000000001944

SWİFT- BİK AIIBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statu­su, nizamnaməsi (notarial qaydada təsdiq olunmuş surəti), qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının müvafiq mallar üzrə mənşə uyğunluq sertifikatları.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (ten­der təklifi və bank zəmanəti istisna olmaqla) 12 noyabr 2020-ci il saat 11.00-a, iş qrafiki, tender təklifi və bank zəmanətlərini isə 20 noyabr 2020-ci il saat 11.00-a qədər elektron qaydada təqdim etməlidirlər. Tender təklifi zərfləri 23 noyabr 2020-ci il saat 11.00-da satınalmaların vahid internet portalı vasitəsilə elektron qaydada açılacaqdır.

Tender komissiyası

22 Oktyabr 2020 03:09 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə