Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Şəhər Baş Səhiyyə İdarəsi tabeliyindəki müəssisələrə 2020-ci ilə tələb olunan malların (iş və xidmətlərin) satın alınması məqsədilə elektron satınalma vasitəsilə AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.

Lot-1. Yeməkxana və mətbəx ləvazimatlarının satın alınması.

Lot-2. Bərk inventarların satın alınması.

Tender iştirakçıları dövlət satınalmalarının www.etender.gov.az vahid internet portalı­na (portal) elekton imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumat əldə edə bilərlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ana­loji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkan­lara malik olmalıdırlar. Malların təchizatı, iş və xidmətlərin yerinə yetirilməsi cədvəli hər ay müəyyən edilmiş və 2020-ci il dekabrın 30-na kimi nəzərdə tutulmuşdur.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs – Xanlar Hüseynov, telefon – 012 441 26 03.daxili 210. 595 38 28.

Ünvan – Bakı, M. Mirqasımov küçəsi 1A, Bakı Şəhər Baş Səhiyyə İdarəsi.

Tenderdə iştirak etmək istəyənlər aşağıda­kı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəslə təqdim edə bilərlər.

İştirak haqqı hər bir lot üçün 300 manatdır

ADI- MNDXAC-nın 8 saylı Xəzinədarlıq İdarəsi

VÖEN – 1401555071

KOD – 210005

M/h – AZ41NABZ 01360100000000003944

S.W.İ.F.T BİK- CTREAZ22

H/h – AZ54CTRE 00000000000002128202

Kitab – 002736

Fond – 7

Büdcə təsnifatının kodu – 142330

VÖEN – 1400125591

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) iddiaçı sta­tusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi ten­der təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.

Bu sənədlərə aşağıdakılar daxildir:

-vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

-iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanı haqqında məlumat;

-iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiy¬yatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) notariat qaydada təsdiq edilmiş surətləri;

-müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovu olmaması, məhkəmənin qərarı ilə kommer­siya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında arayış;

-iddiaçının bank rekvizitləri, tam adı, hüquqi statusu,(sahibkarlıq subyekti).

Sənədlər Azərbaycan dilində tərtib olun¬malı (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir) və portala yüklənməlidir. İddiaçılar tenderlə bağlı sualları yalnız portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixti­sas göstəricilərinə aid sənədləri 10 noyabr 2020-ci il saat 10.00-a, tender təklifi ilə bank təminatı sənədlərini isə 18 noyabr 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların tender təkliflərinin açılışı 19 noyabr 2020-ci il saat 10.00-da dövlət satınalmalarının vahid internet portalın­da aparılacaqdır.

QEYD – tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedur-lar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

22 Oktyabr 2020 03:07 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
28 Noyabr 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə