• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Jan-Klod Yunker bir sıra Avropa ölkələrini tənqid edib

Jan-Klod Yunker bir sıra Avropa ölkələrini tənqid edib

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Fransanın “Le Mond” nəşrinə  müsahibəsində Çexiya və bir sıra Avropa İttifaqı (Aİ) dövlətlərinin miqrasiya siyasətini tənqid edib.
Avropalı diplomat miqrant düşərgəsində yerləşən qaçqınların, o cümlədən yaşlıların nəzarətindən kənarda qalmış uşaqların öz ərazisində yerləşdirilməsi sahəsində tutduğu mövqeyə görə Çexiya, Macarıstan və Polşa kimi ölkələri tənqid edib.
O deyib: “Bizdə həmrəyliyin nə olduğu barədə fikir birliyi yoxdur. Mən macarlara, çexlərə, polyaklara və başqalarına ən azından, heç olmasa valideynsiz, ailəsiz və nəzarətsiz qalmış uşaqları qəbul etmələri barədə müraciət etdim. Avropanın onları müdafiə etdiyi halda kiminsə onlardan imtina etməsini qalmaqal hesab edirəm”.

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

16 Oktyabr 2018 22:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin