Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası Pan Avropa Regional Şurasında Azərbaycanın haqq işini dəstəkləyib

TÜRK-İŞ Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ergün Atalayın AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevə göndərdiyi  məktubda deyilir ki, Pan Avropa Regional Şurasının (PARŞ) İdarə Heyətinin video formatda iclasında TÜRK-İŞ-in nümayəndəsi qardaş Azərbaycanın haqq işinini qətiyyətlə dəstəkləyib.

İclasda söz alan TÜRK-İŞ-in nümayəndəsi  Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının  Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərini dəstəkləyən və Ermənistanın dərhal geri çəkilməsini tələb edən qətnamələrinə  baxmayaraq, Ermənistan işğalçı siyasətini bu gün də davam etdirdiyini söyləyib.  O, çıxışında Ermənistanı mülki şəxslərə və mülki yaşayış məntəqələrinə hücumlarına görə qınayıb və işğalçının Azərbaycan ərazilərindən çıxmamaqda israr etdiyini və işğalçılıq hərəkətlərini davam etdirdiyini bildirib. 

TÜRK İŞ-in təmsilçisi həmin tədbirdə  öz ölkəsinin bu zorakılıq və işğalla heç vaxt barışmadığını və azərbaycanlı qardaşları sona qədər dəstəkləyəcəyni bildirib və  bu məsələnin PARŞ İdarə Heyəti iclasının gündəliyinə daxil edilməməsini tənqid edib. Ergün Atalay öz məktubunda bir daha əmin edib ki,  TÜRK-İŞ  bütün beynəlxalq platformalarda azərbaycanlı qardaşlarımızı dəstəkləməyə davam edəcək.

AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev  TÜRK-İŞ Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə göndərdiyi cavab məktubunda Azərbaycanın apardığı ədalət savaşında daim dəstək olduqlarına görə türkiyəli qardaşlarımıza minnətdarlığını və təşəkkürlərini çatdırıb.

Hazırladı:
R.TAHİR,

 “Xalq qəzeti”

22 Oktyabr 2020 16:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə