• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ÜST həyəcan təbili çalır

ÜST həyəcan təbili çalır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında ölümcül Ebola virusunun sürətlə yayılması ilə bağlı böhran komitəsinin iclasını çağırıb. Toplantıda virusa yoluxma hallarının artması fonunda epidemiyanın dünya səhiyyəsi üçün yarada biləcəyi təhlükələr müzakirə ediləcək. Məlumata görə, ölkənin şərq hissəsində aşkarlanan infeksiyanın qonşu Uqanda və Ruandaya keçmə təhlükəsi mövcuddur.
Xatırladaq ki, 2013-cü ildə bu virus Qərbi Afrika ölkələrində 11 min 300 nəfərin həyatına son qoyub.
Xəbəri “MEDdaily” verib.

Hazırladı: 
Elçin ABBASOV,
“Xalq qəzeti”

 

16 Oktyabr 2018 22:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin