Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polkovnik Şair Ramaldanov: Dronlarımız ermənilərin sinəsinə dağ çəkir

Ermənistan Azərbaycanın Qarabağda hərbi əməliyyatlarda dronlardan istifadəsinin qarşısını almaq üçün NATO-ya müraciət edib. Düşmən ölkə rəhbərliyinin bu gülünc cəhdi ilə bağlı I Qarabağmüharibəsinin şöhrətli korpus  komandiri, hərbi ekspert polkovnik  Şair Ramaldanov bildirdi: 

– Ermənistan ordusunun dronlarımızın zərbəsi altında böyük tələfat verməsi düşmən tərəfin belə bir mənasız addım atmasına səbəb olub. Bizim dinc əhaliyə ballastik raketdən, artilleriyadan fasiləsiz atəş açan təcavüzkar ölkənin Azərbaycanın cəbhədə, müasir döyüş vasitəsindən istifadə etməsinə etirazı əsl axmaqlıq, qarşısındakını da özünə tay tutmaqdır. Dronlarımız, həqiqətən,  ermənilərin sinəsinə dağ çəkir. Azərbaycan Prezidenti İlham Əliyev dünyaya açıq bildirib ki, dronlarımızın zərbəsi nəticəsində düşmənin 1 milyard dollarlıq hərbi texnikası məhv edilib.

Ali Baş Komandanın dediyi kimi, Paşinyanın əyilmədiyi lider, müraciət etmədiyi qurum qalmayıb. NATO-ya üz tutması da düşmən rəhbərliyinin çarəsizliyindən xəbər verir. Azərbaycanın Türkiyədən hansısa silah-sursat, yaxud dron alması ölkəmizin öz daxili işidir. Bunun nə Ermənistana, nə də NATO-ya bir aidiyyatı yoxdur. Bu dronları NATO yox, Türkiyə istehsal edib. Türkiyənin bu dronları kimə satacağı da Türkiyənin işidir. İrəvanın dronlarla bağlı NATO-ya müraciəti bundan öncəki müraciətlər kimi heç bir nəticə verməyəcək.

R.TAHİR,
“Xalq qəzeti”

22 Oktyabr 2020 15:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə