Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Düşmənin Siyəzənə atdığı ballistik raket dənizə düşüb

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib və cəbhə zonasından xeyli aralıda yerləşən Siyəzən rayonuna da “Skad” ballistik taktiki raket atıb. Raket Xəzər dənizinə düşüb.

Böyük dağıdıcı gücə malik olan bu raketin yaşayış məntəqəsinə hədəflənməsi düşmənin əsl niyyətini göstərir.

22 Oktyabr 2020 14:40 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə