Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan əsgəri

Türkiyənin Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru İlqar Cəmiloğlu – İmamverdiyev  musiqimizin, o cümlədən saz sənətimizin təbliğində əvəzsiz xidmətləri ilə tanınmış dəyərli elm adamıdır. Doğru-dürüst, kamil şəxsiyyət kimi yaşamağı özünə məram seçmiş sənətkar 70-dən cox saz havasını nota koçürmüş və bu əvəzsiz xidməti ilə saz musiqimizə bir daha ölməzlik qazandırmışdır.

İlqar İmamverdiyev 36 kitabın müəllifidir, uzun illər milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi, görkəmli elm və sənət xadimi Babək Qurbanovla Qaziantep Universitetində calışmış və dostluq etmişdir. Babək müəllimin xatirəsini daim uca tutan professor Azərbaycan və Türkiyə mətbuatında onun haqqında coxsaylı məqalələrlə cıxış etmiş və kitab hazırlamışdır.   

İlqar müəllim Türkiyədə musiqi elminin inkişafı üçün səmərəli fəaliyyətinə görə coxsaylı mükafatlara layiq görülüb. Qeyd edək ki, həmyerlimiz Türkiyədə “Xalq musiqisinə xidmət” mükafatı ilə təltif olunan ilk xarici vətəndaşdır.

Azərbaycan Ordusunun Qarabağı işğaldan qurtaran qəhrəmanlığının qardaş Türkiyədə böyük coşqu ilə qarşılandığını bildirən professor Ali Baş Komandan ətrafında xalqımızın birliyimizi alqışlamış, bu sirada dayananlardan biri olduğunu söyləmişdir. Onun bu zəfər günlərində yazdığı və  redaksiyamıza göndərdiyi şeirləri təqdim edirik.

AZƏRBAYCAN ƏSGƏRİ

Qarabağın xilaskarı,

Azərbaycan əsgəri.

Səngərdə oyaq əsgəri,

Azərbaycan əsgəri.

Türk oğlu, Türk əsgəri.

 

Vətən uğrunda şəhidsən,

Şəhidliyinlə şahidsən.

Dünyada təksən, vahidsən,

Azərbaycan əsgəri.

Türk oğlu, Türk əsgəri.

 

Sən millətin özüsən,

Sərhəddəki  gözüsən.

Xalqın Haqq sözüsən,

Azərbaycan əsgəri.

Türk oğlu, Türk əsgəri.

 

Koroğlu tək sən qoşun çək,

Yağının sinəsinə çök.

Gavurun başına od tök,

Azərbaycan əsgəri.

Türk oğlu, Türk əsgəri.

 

Qadan-bəlan mənə gəlsin,

Arzularım sənlə gülsün.

Vur zərbəni, düşmən ölsün,

Azərbaycan əsgəri.

Türk oğlu, Türk əsgəri.

 

Qəvi düşmən alçaq, alçaq!

Silahını başına çax.

Şuşamdan sal onu qaçaq,

Azərbaycan əsgəri.

Türk oğlu, Türk əsgəri.

 

Sərrast vuran ələ qurban,

Doğru deyən dilə qurban.

Qələbəli ilə qurban,

Azərbaycan əsgəri.

Türk oğlu, Türk əsgəri.

 

Torpağımda gül bitir sən,

Dünyamıza sulh gətir sən.

Bu savaşı Sən bitir, Sən!

Azərbaycan əsgəri.

Türk oğlu, Türk əsgəri.

 

Azərbaycan, Türkiyə

Həm anamsan, həm də Vətən,                İnsanlıqda bir nur, işıq,

Azərbaycan, Türkiyə.                                 Məramı dostluk, barışıq,

Könlümdə gül – çiçək bitən,                     Bu cahana bir yaraşıq,

Azərbaycan, Türkiyə.                                 Azərbaycan, Türkiyə.

 

Biri ulduz, biri aydır,                                  Biri üzük, biri qaşdır,

Biri sultan, biri bəydir.                              Biri gövdə, biri başdır,

Ülvi isim, ulu soydur,                                Dini bir ekiz qardaşdır,

Azərbaycan, Türkiyə.                                 Azərbaycan, Türkiyə.

 

Bir dəryanın, iki çayı,                                 Bir baxışda iki gözdür,

Biri əmi, biri dayı,                                       Biri atəş, biri közdür,

Bir qismətin iki payı,                                  Ürəyimdə qoşa sözdür.

Azərbaycan, Türkiyə.                                 Azərbaycan, Türkiyə.

 

Bir millətdi, iki dövlət,                               Biri şərəf, biri şandır,

Qardaşlıqda var sədaqət,                         Biri damar, biri qandır,

Biri cürət, biri qeyrət,                                Varlığımda iki candır,

Azərbaycan, Türkiyə.                                Azərbaycan, Türkiyə.

 

Biri əkmək, biri çörək,                                Qan rəngində bayrağım al,

Biri lazım, biri gərək,                                  Türk oğluna bax ilham al,

Bu sinəmdə iki ürək,                                  Haqq uğrunda zəfərlər çal,

Azərbaycan, Türkiyə.                                  Azərbaycan, Türkiyə.

 

İlqar Cəmil edər bəyan,

Qüdrətindir Bakı-Ceyhan,

Tanrım yardım etsin hər an,

Azərbaycan – Türkiyə.

 

22 Oktyabr 2020 12:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə