Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan ordusunun hərbçiləri döyüşlərdə iştirak etməkdən imtina edir

Son günlər cəbhənin müxtəlif istiqamətlərində ağır zərbələr alan Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti döyüşlərdə iştirak etməkdən imtina edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmənin 543-cü alayının ehtiyat bölmələrinin hərbi qulluqçularının Dağlıq Qarabağa getməkdən imtina etdikləri üçün döyüş mövqelərinə kənd sakinlərinin cəlb edildiyi məlum olub. Eyni zamanda, yerli sakinlər övladlarının döyüşlərdə iştirak etməsinə etiraz əlaməti olaraq bəzi avtomobil yollarını bağlayıblar.

Hadrutdan şimaldakı müdafiə zolağında və Ağdərədəki 5-ci dağatıcı alayın müdafiə sahəsindəki hərbçilərə qohumları və tanışları telefonla zəng edərək onlara silahı yerə qoyub geri çəkilmələri barədə çağırış edir. Bölmələrdə ərzaq, yanacaq və döyüş sursatlarının çatışmadığı barədə də məlumat verilir.

22 Oktyabr 2020 12:39 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə