Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çağdaş erməni vandalizmi onu törədənləri lənətə tuş edəcək

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü tarixçi  professor  Anar İsgəndərli  işğaldan azad edilmiş ərazilərimizdə üzləşdiyimiz erməni barbarlığı mənzərələrinə münasibətini belə ifadə etdi:

– Artıq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərin 26-cı günüdür. Şanlı Azərbaycan ordusu qısa müddətdə 120-dən çox kəndi, Murovdağ zirvəsini, Cəbrayəıl, füzuli və Zəngilan şəhərlərini işğaldan azad edib. Müdafiə Nazirliyinin azad olunan ərazilərimizdən yaydığı videolar isə insanı dəhşətə gətirir.

Videolardan görünür ki, qəddar düşmən işğal etdiyi torpaqlarımızda təkcə tarixi abidələri, təbii milli sərvətlərimizi deyil, müqəddəs mənəvi dəyərlərimizi – qəbirstanlıqlarımızı, məscidlərimizi də darmadağın edib. 30 il müddətində Azərbaycan xalqının tarixi torpaqlarından azərbaycanlıların izlərini silməyə var gücü ilə çalışan düşmənin qəbiristanlıq qatili olmalarının bütün dünyaya çatdırılması məqamıdır.

Ermənilər tarixi, dini abidələri məhv etməklə uğur qazanmadılar, əksinə, nifrət sahibi oldular. Bu gün biz nifrət edirik, sabah onu tarixə çevirib, bütün dünyaya bəyan edəcəyik. Onda erməni xislətinin mahiyyəti açılacaq, onların faşist təfəkkürü ortaya qoyulacaq: görün, bu insanlar nə qədər vəhşi, qəddar və amansızdırlar. Onlar tək cavanları, qocaları, uşaqları öldürmürlər, hətta dünyadan köçmüş insanların qəbirlərinə, Allahın evi olan məscidlərə qarşı faşist düşüncə ilə yanaşırlar.

Göründüyü kimi, xəstə dünyagörüslü, insanlığa zidd ideologiya daşıyıcıları olan  ermənilər Azərbaycanın haqq mübarizəsi qarşısında geri çəkilir. Qəddar düşmən tezliklə tam məğlub olacaq. Tarixi naqisliklərin, millətçilik bəlasının tör-töküntüləri Azərbaycan torpaqlarından süpürülüb atılacaq. Amma işğalçların bizim torpaqlarımızda qoyduqları  müdshiş “izlər” bundan sonrakı tarixdə çağdaş erməni vandalizminə şahidlik edəcək, bu əməlləri törədənləri lənətə tuş edəcək.

Bu gün o vəhşilikləri əks etdirən vandallıq mənzərələri göz qabağındadır. Sabah isə qalib Azərbaycan məğlub tərəfi ittiham edərkən qəddar erməni hərbçilərinin, siyasətçilərinin, barbar millətinnələr törətdikləri dünyaya göstərəcək, bəşəriyyətə onların əsl simasını tanıdacağıq.

Milli Məclisin deputatı, professor  Anar İsgəndərli  acı təəssüratını belə yekunlaşdırdı: “Zaman göstərdi ki, biz öz abırımıza büküldükcə, tarixi həqiqətləri dünyaya bəyan etmədikcə uduzmuşuq. Azərbaycan öz tarixi torpaqlarına tam sahib olandan, ərazi bütövlüyünü bərpa edəndən sonra ermənilərin 30 il ərzində torpaqlarımızda törətdikləri vəhşilikləri bütün dünyaya göstərəcək. Biz dünyanın humanizm ideyaları ilə paklaşıb-nəcibləşdiyi bir dövrdə insanlıq simasını itirmiş, ölülərdən də qisas almaq düşüncəsi ilə yaşayan ermənilərin dağıdıcı vəhşiliklərini tarixə, kitablara, sənədli filmlərə köçürəcəyik. Bu ona görə zəruridir ki, insan adını alçaldan vandalizm birdəfəlik tarixə gömülsün”.

Hazırladı:
T.AYDINOĞLU,
“Xalq qəzeti”

22 Oktyabr 2020 11:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə