Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan PUA-sına “İti qovan” adı verilib

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri Azərbaycan Ordusunu silah və sursatla fasiləsiz iş rejimində təmin edir.

Nazirlikdən  KİV-ə verilən məlumata görə, sahənin mütəxəssisləri hərbçilərlə birlikdə yeni tipli silah və döyüş sursatlarının real döyüş şəraitində sınaqlarını keçirirlər. Mütəxəssislər yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” Pilotsuz Uçuş Aparatlarının seriyalı istehsalına başlayıblar.

Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyev erməni işğalçılarının ölkəmizdən qovulmasını alcaldıcı xalq ifadəsi ilə vurğulamışdı: “Onlatı iti qovan kimi qovuruq ölkəmizdən”. Tarixə yueni bir anlamla düşən bu ifadə artıq milli  PUA-ların qanadları üzərinə yazılıb. Hazırda “İti qovan” PUA-ları Azərbaycan Ordusunun istifadəsindədir.

R.TAHİR,
“Xalq qəzeti”

22 Oktyabr 2020 11:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə