• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Doqquz ayda neft sektoruna 4,4 milyard manat vəsait yönəldilib

Doqquz ayda neft sektoruna 4,4 milyard manat vəsait yönəldilib

Bu ilin 3 rübündə ölkənin neft sektoruna 4 milyard 431,4 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirildiyinə görə,  9 ayda neft sektorunda 24 milyard 940,8 milyon manat dəyərində məhsul istehsal olunub. Sənayenin neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz artıb. Bu sektorda istehsal olunmuş əlavə dəyər isə 0,5 faiz çoxalıb.

Sənaye məhsulunun 73,1 faizi mədənçıxarma sektorunda istehsal olunub. Sentyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə mədənçıxarma sənayesi üzrə 8,6 faiz bahalaşıb.

Cari il sentyabrın 1-nə olan məlumata görə, iqtisadiyyatın neft sektorunda 33,8 min nəfər çalışıb. Yanvar-sentyabr aylarında neft sektorunda nominal əməkhaqqı 3 min 83,4 manat təşkil edib.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

16 Oktyabr 2018 18:08 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin