• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il ölkədə 126,4 min ton metanol istehsal olunub

Bu il ölkədə 126,4 min ton metanol istehsal olunub

Cari ilin 9 ayında Azərbaycanda 46,9 min ton propilen (ondan 40,3 min ton əmtəəlik), 83,2 min ton polietilen, 85,6 min ton etilen, 7 milyon 284,9 min ton izopropil spirti və 126,4 min ton metanol (metil spirti) istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il oktyabrın 1-nə 4,1 min ton propilen, 1,6 min ton polietilen, 1 milyon 715,8 min ton izopropil spirti və 5,5 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.

Üç rübdə əsas kimya məhsullarından izopropil spirti istehsalı 22,1 faiz və metanol istehsalı 42,9 faiz azalıb. Propilen istehsalı 38 faiz, etilen istehsalı isə 28,3 faiz artıb.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

16 Oktyabr 2018 18:07 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin