• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 6 faizədək artıb

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 6 faizədək artıb

Cari ilin yanvar-sentyabr aylarında sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 422,8 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ayı ilə müqayisədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 5,9 faizlik artım müşahidə edilib. Sənaye məhsulunun 4 faizi məhz bu sektorda istehsal olunub.

Üç rübdə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi isə 2,2 faiz artaraq 233,6 milyon manat olub. Sənaye məhsulunun 0,6 faizi həmin sektorda istehsal edilib.

Sentyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə dəyişməyib. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində, 2,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda işləyib.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

16 Oktyabr 2018 18:06 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin