Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qisas qiyamətə qalmadı

Zəhra, Fariz, Aygün, Nigar, Bahar, Şəhriyar, Sevil, Hüseyn, Nilay, Narin, Mədinə, Xədicə, Orxan, Məryəm... Ehtiyac varmı bu siyahını uzatmağa? Zənnimcə yox! Kimdir bunlar? – deyə hələ də bizi görmək, eşitmək istəməyənlərə səslənirəm!

Adları fərqli, taleləri oxşar olan fidanlar, körpələr... Bir güllədə əzizlərini, atasını-anası­nı itirən, kiçik cüssələri cansız bədənə çevrilən balalar! Azərbaycanlı uşaqlar... Türk cocuqları! Uşaqlıqlarını yaşamadan yaşamaq haqları, uşaqlıq haqları əllərindən alınan bu cocuqların nədir günahı?

Bu uşaqlar müharibənin kiçik şəhidləri, kiçik qəhrəmanlarıdır. Bir uşaq bir evin sevinci, bir uşaq bir ölkənin gələcəyidir! Amma, əsla və əsla zülmün, bombanın hədəfi deyil. Amma nə yazıq ki, hədəfə alındılar. Raket atəşləri ilə, öz evlərində, analarının qucağında mışıl-mışıl yat­dıqları yerdə qətlə yetirildilər! Qatillər uşaqlarla müharibə aparırlar! Qaniçən düşmən beşikdəki körpələrdən torpaq istəyir! Təbəssümü qəfil kiri­miş olan uşaqların – məhz azərbaycanlı olduqları üçün bir gecədə məhv edilən bu uşaqların yaşa­maq haqlarının əlindən alınması sivil dünyanın üz qarasıdır. Amma “Qisas qiyamətə qalmaz!”,– deyib atalar. Qalmayacaq və qalmadı da zatən! Bu qisası uşaqlarımızın gələcəyinə buraxmadan bu gün alırıq və alacağıq! Amma əsla erməni kimi yox! Əsl azərbaycanlı kimi, türkə yaraşan bir şəkildə alırıq bu qisası!

Əliyalın, silahsız xalqı, uşaqları, qadınları nişan alma­dan, özgəsinin torpağında gözü olmadan öz haqqımız, ədalətimiz, torpaqlarımızın bütünlüyü uğrun­da çıxdığımız müqəddəs yolda inamla, qətiyyətlə irəliləyərək, düşmən ordusuna, məhz döyüşdə layiqli cavab verərək, 30 ildən bəri zorla işğal altında saxladıqla­rı torpaqlarımızın hər qarışından onları qovaraq, həmin torpaqlarda üçrəngli bayra­ğımızı sancaraq alırıq bu qisası!

Bu gün Azərbaycan öz tarixinin ən şanlı, ən şərəfli, ən qürurlu səhifələrini yazır və yazacaq! Bu şərəfi, bu qüruru bizə yaşatdığı üçün Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevə borcluyuq!... Cənab Prezident, xalqımız əmindir ki, bizə hələ çox qələbələr, çox zəfərlər yaşadacaqsınız! Hələ çox qələbələrə, zəfərlərə imza atacaqsınız! Bu missiyanı – xilaskarlıq mis­siyasını Uca Yaradan, məhz Sizə etibar edib. Bu günə kimi bütün əməllərinizlə Azərbaycanın yeni tarixini yazırdınız. Bu gün isə daha fərqli bir tarix yazırsınız! Bu gün dərs verirsiniz düşmənə...

Hələ çoxlarına çox dərslər verəcəksiniz! Bu yolda Allah Sizə, canınızdan çox sevdiyiniz, uğ­runda çox fədakarlıqlara imza atdığınız xalqımıza, ordumuza, dövlətimizə yar və yardımçı olsun! Zəfər, qələbə bizimdir! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycanın olacaq!

Jalə ƏLİYEVA,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini, professor

 

22 Oktyabr 2020 03:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə