Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 402 Bakı şəhəri, 20 oktyabr 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və sağlamlıq imkan­ları məhdud uşaqlara tibbi, defektoloji və psixoloji yardımın (xidmətin) göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 7 mart tarixli 37 nömrəli və “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 6 mart tarixli 62 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” və “Təhsil haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası­nın 2019-cu il 8 oktyabr tarixli 1675-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 noyabr tarixli 1562 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır:

1. “Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublika­sında daimi yaşayan vətəndaşlığı olma­yan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və sağlamlıq imkanları məhdud uşaqlara, tibbi, defektoloji və psixoloji yardımın (xidmətin) göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli 37 nömrəli Qərarında (Azərbaycan Respub­likasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 251; 2008, № 2, maddə 130; 2010, № 8, maddə 763) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 1-ci hissəsində “tibbi, defektoloji və psixoloji” sözləri “tibbi və defektoloji” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublika­sında daimi yaşayan vətəndaşlığı olma­yan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və sağlamlıq imkanları məhdud uşaqlara tibbi, defektoloji və psixoloji yardımın (xidmətin) göstərilməsi Qaydası” üzrə:

1.2.1. adında, 1-ci, 2-ci və 3-cü hissələrində “tibbi, defektoloji və psixoloji” sözləri “tibbi və defektoloji” sözləri ilə əvəz edilsin;

1.2.2. 4-cü hissədə “tibbi, defektoloji və ya psixoloji” sözləri “tibbi və ya defektolo­ji” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 62 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 290; 2010, № 2, maddə 162; 2015, № 7, maddə 879) ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2-ci hissəyə “psixoloji” sözündən sonra “reabilitasiya və psixoloji korreksiya­sı” sözləri əlavə edilsin;

2.2. 7.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“7.2. insan alveri qurbanlarına psixo­loji yardım “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə uyğun olaraq ödənişsiz həyata keçirilir;”.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

22 Oktyabr 2020 03:05 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə